Icma.az
close
up
RU
Millimizin növbəti Fransa sınağı: Tarixi darmadağın təkrarlaacaq?

Millimizin növbəti Fransa sınağı: Tarixi darmadağın təkrarlaacaq?

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

“Fransa millisi istər oyun, istərsə də futbolçuların şəxsi keyfiyyətləri baxımından Avropanın əsas seçmələrindən biridir. Hətta deyərdim ki, birincisidir. Bu sarıdan, Azərbaycan millisini çətin və drammatik bir oyun gözləyir”.

Bu sözləri “Yeni Sabah”a futbol mütəxəssisi Şahin Diniyev deyib.

O bildirib ki, oktyabarın 10-da Parisdə keçiriləcək oyunda qələbə, yaxud heç-heçə əldə etmək olduqca cüzi ehtimaldır: pizza mizza

“Çətin sualdır. Rəqib bəlli, öz gücümüz bəlli bəlli. Azərbaycan liqasında legioner limiti ləğv edildikdən sonra yerli futbolçuların oyun praktikası xeyli aşağı düşüb. Fransa millisi isə istər oyun, istərsə də futbolçuların şəxsi keyfiyyətləri baxımından Avropanın əsas seçmələrindən biridir. Hətta deyərdim ki, birincisidir. Bu sarıdan, millimizi çətin və drammatik bir oyun gözləyir.

Əlbəttə, matçda gedişatı dəyişmək mümkündür. Ancaq bunun üçün konkret icraçılar olmalıdır. Təəssüf ki, millimizdə bu cür aparıcı və oyunun axarını dəyişə biləcək futbolçular yoxdur.

Etiraf edək ki, diktə edən tərəf Fransa olacaq. Futbol dili ilə desək, biz ikinci növbədən oynayacağıq. Fransızlar daha çox hücum edərək, qollar vurmaq istəyəcək. Millimizin sadəcə müdafiədə nə dərəcədə uğurlu oynamağı vacib olacaq.

Bir sözlə, meydanın hər yerində vuruşmaq lazımdır".

Keçmiş baş məşqçi əlavə edib: "Futbol tarixində sürpriz nəticələr çox olur. Fransa millisinin futbolçularının fərdi keyfiyyətlərini saymaqla bitməz. Onların qarşısını dünyanın ən yaxşı müdafiəçiləri ala bilmirsə, bizim hansı dəqiqəyə qədər ala biləcəyimiz çox vacib məqamdır.

Pafosdan qırağa çıxsaq, bu oyunda qələbə yaxud heç-heçə əldə etmək olduqca cüzi ehtimaldır. Mən pessimist olmaq istəmirəm və bilirəm ki, hər birimizin ürəyinin bir küncündə millimizdən qələbə gözləntimiz var”.

Şahin Diniyev qeyd edib ki, baş məşqçi faktorunun millinin nəticələrində elə də ciddi təsiri olmayacaq:

“Futbolda belə bir deyim var: rəqib sənə nə qədər imkan verirsə, sən o qədər oynayırsan. Yaxşı, yaxud pis, biz rəqibdən asılıyıq. Gəlin baxaq görək millidə oyuna yön verəcək futbolçuların sayı nə qədərdir. Barmaq sayı qədər! 

Bu gün futbolda nəticə gətirən aparıcı futbolçuların performanslarıdır. Mövqelər üzrə müqayisə aparsaq, biz fransızlardan demək olar ki, hər cinahda ciddi fərqlə geri qalırıq. Bu baxımdan, yeni baş məşqçimiz Ayxan Abbasovdan asılı olan şeylər çox azdır.

Məşqçi hansısa taktiki gedişi icra etmək istəyirsə, həmin taktikanı icra etməyi bacaran futbolçular lazımdır. Əgər bu olmayacaqsa, takiki gedişlər kağızda qalacaq. 33 il ərzində məşqçi dəyişə-dəyişə gəlirik. Lakin yaxşılığa doğru nəsə alınmayıb. Deməli, problem məşqçi və taktikalarda deyil, ixtiyarında olan materialdadır. Fransanın sürətli hücumları qarşısında operativ müdafiə oluna biləcəyikmi? Fransızların əsas taktiki üstünlüyü sürətli və cəld futbolçularıdır. Bunun qarşısını almaq üçün fiziki və atletik hazırlıq lazımdır. Hər şey gedib əlimizdə olan materiala bağlanır. Hansısa baş məşqçini gətirməklə, hazırki milli komandamızın nəticələrini hardasa 5-10 faiz dəyişmək olar”.

Xatırladaq ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində səfərdə Fransa ilə qarşılaşacaq. Oyun oktyabrın 10-da Parisin “Park de Prens” stadionunda baş tutacaq. 

Millimizin tarixində ən böyük hesablı məğlubiyyət (0:10) 2000-ci ildə məhz Fransa yığması ilə oyunda qeydə alınıb.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Oktyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see688

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see233

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see192

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see179

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri