Millimizin sabiq qapıçısı: Yığmamız qrupun favoritidir
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Millimiz Litva ilə görüşdə çox yaxşı mübarizə apardı və komanda sona qədər xarakter nümayiş etdirdi. Səfərdə oynamağın çətinliyinə baxmayaraq, futbolçularımız meydanda kifayət qədər inamlı təsir bağışladılar". Bu sözləri Sport24.az-a açıqlamasında Fərhad Vəliyev deyib.
Azərbaycan millisinin sabiq qapıçısı millimizin ötən gün səfərdə Litva ilə heç-heçə etdiyi matçı şərh edib:
"Fikrimcə, müəyyən epizodlarda daha diqqətli və dəqiq olsaydıq, Litvadan qələbə ilə də qayıda bilərdik. Qazanılan1 xalı uğursuz nəticə hesab etmirəm. Qarşıda bizi Bakıda keçirəcəyimiz vacib oyunlar gözləyir. Lixtenşteyn və Litva ilə matçlar qrupdakı mövqeyimiz baxımından böyük əhəmiyyət daşıyır. Doğma meydanda azarkeşlərimizin dəstəyi ilə bu görüşlərdə maksimum nəticə qazanmaq və qrupda liderlik uğrunda mübarizəni davam etdirmək mümkündür. Əsas məsələ hər oyuna eyni konsentrasiya ilə yanaşmaq, müdafiədə intizamlı oynamaq və hücumdakı imkanlardan daha səmərəli istifadə etməkdir. Millimizdə bunun üçün potensial var. Komandanın son görüşdə mübarizliyi, göstərdiyi xarakter də bunu sübut edir. İndiki vəziyyətdə yığmanın durumu heç də pis deyil. Lakin bu status özü-özlüyündə heç nə demək deyil. Bakıda yaxşı nəticələr əldə etsək, qrupda ilk pilləni təmin edəcəyik".
Qeyd edək ki, Azərbaycan - Litva görüşü 1:1 hesabı ilə başa çatıb. Millimiz qrupda növbəti oyununu oktyabrın 1-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteynə qarşı keçirəcək.
Baxış sayı:90
Bu xəbər 28 Sentyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















