Icma.az
close
up
RU
“Millimizin səviyyəsi yüksək deyil ki, daha yaxşı rəqiblər axtaraq”

“Millimizin səviyyəsi yüksək deyil ki, daha yaxşı rəqiblər axtaraq”

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan millisi mart ayında Belarus və Haiti, iyunda isə Macarıstan və Latviya ilə qarşılaşacaq.

DÇ-2026-nın seçmə mərhələ oyunları öncəsi təşkil ediləcək beynəlxalq yoldaşlıq oyunlarındakı rəqiblərin səviyyəsi necədir? Bu görüşlər millimizə nə verə bilər? Bu suallarla Azərbaycanın Əməkdar Məşqçisi Ağasəlim Mircavadova müraciət etdik.

Millimizin keçmiş baş məşqçisi QOL.az-a açıqlamasında rəqiblərin bizə uyğun olduğunu deyib. O qeyd edib ki, daha səviyyəli komandalar Azərbaycan millisi ilə oynamaq istəmir:

“Bizim millinin də səviyyəsi o qədər yüksək deyil ki, daha üstün rəqiblər axtaraq. Bir çox komanda var ki, onlar Azərbaycan millisi ilə oynamaq istəmir. Onlar da səviyyəli rəqiblə oynamaq istəyir. Üstəlik Avropadan Azərbaycana gəlmək o komandalar üçün ağır olur. Həm də ona görə istəmirlər. Bizim üçün əsas odur ki, oyun olsun. Oynamaq çox vacibdir. Mən düşünürəm ki, rəqiblər normaldır. Onların arasında yalnız Latviya FİFA reytiqindində bizdən aşağı pillədədir. Qalanları bizi xeyli qabaqlayır. Ona görə də rəqiblərin səviyyəsi bizi qane etməlidir. Dünya çempionatının seçmə mərhələsindən əvvəl bu yoxlama görüşləri komandamıza fayda verəcək. Biz hələ bilmirik ki, millimizdə kimlər oynayacaq, heyət necə olacaq, amma istənilən halda sınaq matçlarının əhəmiyyəti böyükdür”.

Xatırladaq ki, Azərbaycan millisi martın 22-də Haiti, martın 25-də Belarus, iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan yığması ilə də yoldaşlıq görüşü keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://qol.az
archiveBu xəbər 06 Mart 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri