Icma.az
close
up
RU
Millimizin sonu necə olacaq: B Liqası, yoxsa pley off?

Millimizin sonu necə olacaq: B Liqası, yoxsa pley off?

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının Millətlər Liqasındakı taleyi öz əlində deyil.

İdman.biz xəbər verir ki, Siyasət Əsgərovun yetirmələrinin aqibəti son turda bəlli olacaq.

C Liqasının IV qrupunda mübarizə aparan millimiz hazırda Monteneqro ilə eyni – 5 xala malikdir. Hər iki komanda Litvaya qalib gəlib, öz aralarında heç-heçələri (0:0, 1:1) sıralayıblar. Liderlər autsayderi eyni top fərqi ilə məğlub etsələr də, balkanlılar daha çox qola seviniblər. Monteneqro Litvanı evdə 3:1, yığmamız isə səfərdə 2:0 hesabı ilə məğlub edib. Məhz bu üstünlük balkanlıları 1-ci, Azərbaycanı 2-ci edib.

Liderlərin hərəsinin bir oyunu qalib gə onların ikisi də Litva ilə görüşəcək. Nəzəri cəhətdən Baltikyanı ölkə təmsilçisi də iki qələbə ilə 1-ci yeri tuta bilər. Amma qrupun ən zəifinin xal qazanması belə sensasiya sayılacaq.

Qrup qalibinin adı də Litva ilə matçlarda bilinəcək. Yığmamız Monteneqro ilə müqayisədə üstünlüyə malikdir. Azərbaycan autsayderi evdə qəbul edəcəksə, balkanlılar Litvaya səfərə yollanacaq.

Amma Monteneqronun üstünlüyü isə zamanla bağlıdır. Onlar son turda meydana çıxacaq. Yəni millimizin neçə qolla qalib gəldiyini və onlara nə qədər top lazım olduğunu biləcək.

Azərbaycan – Litva görüşü mayın 30-da keçiriləcək. Millimiz mütləq qalib gəlməli və bacardıqca böyük üstünlük qazanmalıdır.

Komandamız buna nail olsa, dörd gün sonra – iyunun 3-də keçiriləcək qarşılaşmanı həyəcanla izləyəcək. Həmin gün Monteneqro Baltikyanı ölkə təmsilçisi ilə qarşılaşacaq.

1-ci yerin önəmi ondan ibarətdir ki, qrup qalibi birbaşa B liqasına vəsiqə qazanacaq. Yığmamız ikinci olsa isə pley-off oynaya bilər.

Belə ki, C Liqasının ikinciləri arasında 2 ən yaxşı komanda B Liqasının üçüncüləri ilə üz-üzə gələcək. Pley-off isə oktyabrda baş tutacaq.

Qeyd edək ki, C Liqasında 6 qrup var.

O

Q

H

M

T

X

1

Monteneqro

3

1

2

0

4-2

5

2

Azərbaycan

3

1

2

0

3-1

5

3

Litva

2

0

0

2

1-5

0

Vüqar Xeyrullayev
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Aprel 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri