Millimizin üzvləri söyüşə görə dalaşdı İş məhkəməyə getdi
Icma.az, Milli.az saytına istinadən bildirir.
Cüdo üzrə gənclərdən ibarət milli komandanın üzvləri arasında qalmaqal məhkəməyə qədər gedib. Aslan Kotsoyev komanda yoldaşı Tuncay Şamili təhqir etdiyi iddiası ilə məhkəməyə verib və onun 6 ay müddətinə həbs olunmasını tələb edib.
Hadisənin təxminən iki ay əvvəl, millinin Şimali Makedoniya səfəri zamanı baş verdiyi bildirilir. Məlumata görə, tərəflər arasında vatsap yazışmasında başlayan mübahisə sonradan hava limanında da davam edib. Kotsoyev iddia edib ki, Şamil həmin vaxt başqalarının yanında nalayiq ifadələr işlədib, bu isə onun şərəf və ləyaqətini alçaldıb.
Lakin məhkəmədə təqdim edilən sübutlar iddianı təsdiqləməyib. Hakim qeyd edib ki, yazışmalarda hər iki idmançı bir-birinə qarşı təhqiredici sözlər işlədib, hava limanında baş verənlərlə bağlı isə heç bir dəlil təqdim olunmayıb. Buna görə də Kotsoyevin şikayəti əsassız sayılaraq icraata qəbul edilməyib.
Xatırladaq ki, Tuncay Şamil bu insidentdən sonra millidən uzaqlaşdırılmış, o isə bu qərarı qərəzli adlandıraraq Zelim Kotsoyevin qardaşı olan Aslan Kotsoyevə üstünlük verildiyini bildirmişdi./Qafqazinfo
Milli.Az
Baxış sayı:74
Bu xəbər 23 Oktyabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















