Millimizin üzvü: Bir çox klubdan təklif almışdım, amma öncəliyim Fənərbaxça idi
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan milli komandasının üzvü, “Fənərbaxça”nın yeni transferi Peritan Bozdağ Sportal.az saytına açıqlama verib.
Yığmamızın aparıcı futbolçularından olan Peritan Türkiyə klubu ilə anlaşmasını uşaqlıq arzusunu reallaşdırmaq kimi şərh edib:
"Fənərbaxça" mənim uşaqlığımın komandasıdır. Mövsümün sonunda bir çox klubdan təklif almışdım. Amma mənim öncəliyim hər zaman “Fənərbaxça” idi. Ona görə də, məhz bu klubdan gələn təklifə razılıq verdim. Həm “Fənərbaxça”da, həm də millidə oynamaq böyük şansdır. Bu kluba keçidimə müsbət yanaşıram. Daha yaxşı klub hər zaman daha yaxşı performans deməkdir və daha yaxşı nəticədir. Əminəm ki, Azərbaycan millisi və mənim üçün gözəl nəticələr olacaqdır. “Fənərbaxça”dan savayı, Türkiyədən bir çox klublardan təkliflər almışdım. “Fənərbaxça” böyük camiədir və bu kluba qatıldığım üçün qürurluyam. Ən yaxşısını etməyə çalışacam".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 02 Avqust 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















