Millimizin voleybolçusu: “Slovakiyada qələbə qazanacağımıza inanıram”
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Avropa Qızıl Liqasının ilk turunda çox pis çıxış etdik”.
Bunu İdman.biz-ə Azərbaycan millisinin voleybolçusu Yana Doroşenko deyib.
31 yaşlı toppaylayıcı Avropa Qızıl Liqasında növbəti oyunlarla bağlı fikirlərini açıqlayıb. Onun sözlərinə görə, ilk 2 matçda məğlub olsalar da, qarşıdakı görüşlərdə qələbəyə kökləniblər: “Bakıdakı matçlarda yaxşı oyun göstərmədik. Taktiki baxımdan səhvlərimiz çox idi. İlk görüşdə - Macarıstanla mübarizədə şansları əldən verdik, sanki komanda bir-birini anlamırdı. Sloveniya ilə oyuna isə daha yaxşı hazırlaşsaq da, yenə məğlub olduq. Hazırda Slovakiyadayıq və ikinci tur üçün hazırlıqlarımız başlayıb. Qələbə qazanacağımıza inanıram”.
Qeyd edək ki, millimiz Bakıdakı ilk 2 matçda Sloveniya və Macarıstana 0:3 hesabı ilə məğlub olub. Voleybolçularımız növbəti qarşılaşmasını iyunun 6-da tura ev sahibliyi edəcək Slovakiyaya qarşı keçirəcək. Ertəsi gün isə rəqibimiz Monteneqro millisi olacaq.
Mehri Qurban
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 04 İyun 2025 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















