Icma.az
close
up
RU
Millinin baş məşqçisi: “Hədəfimiz qrupda lider olmaqdır”

Millinin baş məşqçisi: “Hədəfimiz qrupda lider olmaqdır”

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın minifutbol millisinin Avropa çempionatının F qrupunda əsas rəqibləri İtaliya və Fransa yığmalarıdır.

İdman.Biz xəbər verir ki, bunu yığmanın baş məşqçisi Elşad Quliyev bildirib.

Mütəxəssis Report-a açıqlamasında püşkatmanın nəticələri və rəqiblərin gücü barədə danışarkən çətin qrupa düşdüklərini qeyd edib:

“Tanıdığımız rəqiblərdir. Ötən Avropa çempionatında həm İtaliya, həm də Fransa ilə oynamışdıq. Həmin vaxt qələbə qazansaq da, oyunlar bizim üçün çox ağır keçmişdi. Avstriya ötən Avropa çempionatında qrupdan çıxa bilməsə də, normal komandadır. Komandalar ildən-ilə güclənir, İtaliya və Fransa heyətlərini yeni oyunçularla gücləndirərək səviyyələrini daha da artırıblar. Qrupda əsas rəqiblərimiz İtaliya və Fransadır. Tam formalaşmış komandalardır, təhlükəlidirlər. Avstriyanın isə son vaxtlarda oyunlarını görməmişik”.

Hədəflər barədə danışan E.Quliyev qrupdan lider kimi çıxmaq istədiklərini vurğulayıb:

“Hədəfimiz qrupda lider olmaqdır. Qrupdan çıxmaq şansımız çoxdur. Son dünya çempionu olduğumuz üçün qrupdan çıxmaq borcumuzdur. Güclü komandamız var, bu potensialdan maksimum istifadə etməliyik”.

Hazırlıq prosesinin üç mərhələdən ibarət olacağını deyən baş məşqçi qrafiki belə izah edib:

“Toplanışa aprelin 6-da start verəcəyik. İlk mərhələ aprelin 25-nə qədər Bakıda olacaq. İkinci mərhələdə Monteneqroya getməyi və orada turnirdə iştirak etməyi planlaşdırırıq. Mayın 8-də Bakıya dönəcəyik və 25-nə qədər hazırlığın son mərhələsini keçib Slovakiyaya yollanacağıq. Hazırda heyətimiz 80 faiz bəllidir. Lakin Azərbaycan çempionatının pley-off mərhələsini də izləyirik ki, gözümüzdən yayınan, daha yaxşı formada olan oyunçular varsa, onları da milliyə dəvət edək. Bakıdakı dünya çempionatından sonra yığışmamışdıq. Heyətə bir neçə futbolçu dəvət edə bilərik”.

Çempionatın favoritlərinə toxunan mütəxəssis bir neçə iddialı komandanın adını çəkib:

“İngiltərə yığması fiziki cəhətdən çox yüksək səviyyədədir, heyətlərinə Çempionşipdən yeni və keyfiyyətli oyunçular cəlb ediblər. Hansı ki, onların Çempionşipi bizim əsas liqadan daha səviyyəlidir. Çempionatda bəyəndiyim komandalardandır. Həmçinin meydan sahibi Slovakiya, Rumıniya, Çexiya, Macarıstan və Bolqarıstan da güclü və çempionluğa namizəd komandalardır. Portuqaliya və Monteneqronu da unutmaq olmaz. Portuqaliya çempionatını izləyirəm, yüksək səviyyədədir. Gürcüstan da Bakıda yaxşı oynamışdı. Sadəcə, qrupları çətin idi”.

Turnir qrafikinin sıxlığından gileylənən E.Quliyev bərpa üçün vaxtın az olduğunu bildirib:

“Qrafik dünya çempionatı ilə müqayisədə daha sıxdır. Biz sonuncu qrupda yer aldığımız üçün oyunlarımız ayın 28-də başlayır. Ardıcıl oyunlar keçirməli oluruq və böyük futboldan fərqli burada dincəlməyə vaxt qalmır. Bu məsələni qaldırmışıq ki, heç olmasa, arada bir gün fasilə verilsin, çünki bərpa olunmadan istənilən komandaya uduzmaq riski yaranır”.

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı bu il mayın 27-də Slovakiyada start götürəcək. Azərbaycan millisi F qrupunda İtaliya, Fransa və Avstriya yığmaları ilə mübarizə aparacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Mart 2026 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri