Millinin baş məşqçisi istefaya göndərilib İdman və Biz
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Belçika millisinin baş məşqçisi Domeniko Tedesko istefaya göndərilib.
İdman.biz xəbər verir ki, bunu Belçika Kral Futbol Assosiasiyasının (KBVB) mətbuat xidməti açıqlayıb.
Qurum rəhbərliyi millinin uğursuzluqları üzündən 39 yaşlı mütəxəssislə vidalaşmağa qərar verib. Belçika yığması AVRO-2024 və Millətlər Liqasında istənilən nəticələri qazana bilməyib. Assosiasiya baş məşqçi postuna axtarışlar davam etdirir.
Qeyd edək ki, Tedesko 2023-cü ilin fevralından yığmanı çalışdırırdı. Belçika millisi AVRO-2024-də 1/8 finalda uduzub, Millətlər Liqasında qrup üçüncüsü olub.
İdman.biz

Nesta istefaya göndərilib İdman və Biz
23 Dekabr 2024 18:52
Millinin heyətində dəyişiklik İdman və Biz
10 Dekabr 2024 10:44
Millinin baş məşqçisi: “Bizə yalnız qələbə lazımdır” MÜSAHİBƏ İdman və Biz
21 Noyabr 2024 10:16
Millinin məşqçilər korpusunda dəyişiklik İdman və Biz
26 Noyabr 2024 11:40
Millinin qapıçısı “Xankəndi”də İdman və Biz
20 Noyabr 2024 16:40

