Icma.az
close
up
RU
Millinin baş məşqçisi: Oradan gələn qızlar bu müddətdə fərdi məşqlərlə kifayətləniblər

Millinin baş məşqçisi: Oradan gələn qızlar bu müddətdə fərdi məşqlərlə kifayətləniblər

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov Belarusa qarşı keçirilən yoxlama görüşünü dəyərləndirib. Sport24.az xəbər verir ki, mütəxəssis bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

O, məğlubiyyətin əsas səbəblərindən biri kimi 5 futbolçunun zədəli olmasını göstərib:

"Bizdə elə mövqelər var ki, orada çıxış edən oyunçu zədə aldıqda bunun çətinliyini yaşayırıq. Digər səbəb bir çox futbolçumuzun çıxış etdiyi Türkiyə çempionatında mövsümün bir müddət əvvəl başa çatmasıdır. Oradan gələn qızlar bu müddətdə fərdi məşqlərlə kifayətləniblər. Belarus yığması isə yüksək keyfiyyətə malik komandadır, əksər oyunçuları Rusiyanın yüksək liqasında çıxış edir. Həm Rusiyada, həm də Belarusda çempionat davam edir. Bu məqamlar oyuna və nəticəyə təsirsiz ötüşməyə bilməzdi".

Əsgərov heyətə yeni cəlb edilən futbolçuların durumundan razı qalıb:

"Zədəlilərin yerinə milliyə yeni gənc futbolçular dəvət etdik. Bəziləri ilk dəfə idi ki, millinin heyətində çıxış edirdilər. Özünü yaxşı tərəfdən göstərənlər oldu. Onları gələcəkdə komandaya qazandıra bilərik".

Baş məşqçi Belarus yığması ilə iyulun 1-də Minskdə keçiriləcək ikinci yoldaşlıq görüşü barədə də təəssüratlarını bölüşüb:

"İlk matçı təhlil edərək, səhvlərimizin üzərində çalışacağıq. Belarusla ikinci görüşdə bunları təkrarlamamaq önəmli olacaq. İkinci oyunda daha yaxşı nəticə üçün mübarizə aparacağıq".

Qeyd edək ki, Azərbaycan millisi hazırda Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçir. Komanda hazırlıq müddətində yerli yığma ilə ilk yoldaşlıq görüşündə 0:3 hesabı ilə uduzub. Tərəflər iyulun 1-də yenidən üz-üzə gələcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://sport24.az
archiveBu xəbər 29 İyun 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see213

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see193

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see191

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see182

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see149

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see147

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see139

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see135

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see134

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see133

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see132

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see132

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see131

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see130

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see129

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see128

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see124

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see122

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see120

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri