Millinin ən yaxşı bombardiri vəfat etdi
Icma.az, Fanat saytına istinadən bildirir.
Yaponiya milli komandasının sabiq üzvü Kunisiqe Kamamoto vəfat edib.
Fanat.Az xəbər verir ki, məlumatı Yaponiya Futbol Assosiasiyasının (JFA) rəsmi saytı yayıb.
1968-ci il Olimpiya Oyunlarının bürünc mükafatçısı 81 yaşında dünyasını dəqişib. Ölümün səbəbi pnevmoniya qeyd olunub.
Kamamoto millinin heyətində 76 oyun keçirib və 75 qol vurub ki, bu da Yaponiya yığmasının tarixində rekordudur. O, 1968-ci il Olimpiadasında 7 qolla turnirin bombardiri olub.
Futboldan ayrıldıqdan sonra Kamamoto JFA-nın vitse-prezidenti (1998-2008) vəzifəsində çalışıb və 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən dünya çempionatının təşkilat komitəsinin üzvü olub.

Millinin ən yaxşı bombardiri ürək probleminə görə xəstəxanaya yerləşdirildi
10 Mart 2025 16:28
Yaponiyanın futbol millisinin ən yaxşı bombardiri vəfat etdi
11 Avqust 2025 04:42
Millinin sabiq futbolçusu vəfat etdi
30 Dekabr 2024 00:39
Millinin sabiq qolkiperi vəfat etdi
04 İyul 2025 09:15

