Icma.az
close
up
RU
Millinin ən yaxşı və pis məşqçiləri kimlər olub? SİYAHI

Millinin ən yaxşı və pis məşqçiləri kimlər olub? SİYAHI

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan milli futbol komandası sentyabrın 5-də səfərdə İslandiya ilə oyunda 5:0 hesabı ilə məğlub olduqdan sonra baş məşqçi Fernandu Santuş ilə yollar ayrılıb.  Ötən gün Ukrayna ilə növbəti matça yığmamızı U21-in çalışdırcısı Ayxan Abbasov çıxarıb. Yığma nəhayət ki, uzun aylardan sonra 1 xal almağı bacarıb.  

"AzPolitika" mövzunun aktuallığını nəzərə alaraq Azərbaycanın müstəqillik qazandığı dövrdən bəri milli komandaya rəhbərlik etmiş baş məşqçilərin fəaliyyətini araşdırıb.

Məlumat üçün bildirək ki, millidə ən zəif nəticələr 1994-95-ci illərdə Ağasəlim Mircavadov, 2002-ci ildə Kazbek Tuayev, 2008-ci ildə Nazim Süleymanov və 2014-cü ildə Mahmud Qurbanov tərəfindən göstərilib. Bu məşqçilərin rəhbərliyi altında komanda heç bir xal qazana bilməyib. 1992-ci ildən indiyədək Azərbaycan milli komandasında ümumilikdə 20 baş məşqçi fəaliyyət göstərib. Komandanın ilk baş məşqçisi Ələkbər Məmmədov olub. O, 1992-93-cü illərdə milli komanda ilə 5 oyuna çıxmış, bunlardan 3-də qələbə qazanmışdır. Əlavə olaraq onun rəhbərliyi altında 1 heç-heçə və 1 məğlubiyyət qeydə alınıb.

Ən çox oyunda milli komandaya rəhbərlik edən baş məşqçi Berti Foqts olub. Onun rəhbərliyi altında Azərbaycan millisinin iştirakı ilə 71 oyun keçirilib və bunlardan 34-də məğlubiyyət qeydə alınıb. Komanda 22 oyunda heç-heçə edib, yalnız 15 matçda qələbə qazana bilib.

Tarixi baxımdan, milli komandaya ən uğurlu rəhbərlik etmiş baş məşqçi isə Ələkbər Məmmədov hesab olunur. Onun ardınca ən yaxşı nəticələr Arif Əsədov və Qurban Qurbanov tərəfindən göstərilib. Əsədov 4 oyunda 2 qələbə qazanıb, Qurbanov isə 12 oyunda 4 qələbə və 5 heç-heçəyə imza atıb.

Millini çalışdırına məşqçilərin nailiyyətlərini təqdim edirik:

Baş məşqçilər Dövr Oyun sayı Qələbə Heç-heçə Məğlubiyyət Nəticə Ələkbər Məmmədov 1992–1993 5 3 1 1 2 xal Kazbek Tuayev (müvəqqəti) 1994 1 0 – 1 0 xal Ağasəlim Mircavadov (müvəqqəti) 1994 1 0 0 1 0 xal Ağasəlim Mircavadov 1994–1995 9 0 0 9 0 xal Kazbek Tuayev 1995–1996 11 3 3 5 1,1 xal Vaqif Sadıqov 1997–1999 20 6 3 11 1,05 xal Əhməd Ələsgərov 1999–2000 9 1 2 6 0,56 xal Əsgər Abdullayev (müvəqqəti) 2000 4 0 2 2 0,5 xal İqor Ponomaryov 2000–2001 13 1 2 10 0,38 xal Kazbek Tuayev (müvəqqəti) 2002 2 0 0 2 0 xal Vaqif Sadıqov 2002 9 1 4 4 0,78 xal Əsgər Abdullayev 2002–2004 9 1 2 6 0,56 xal Karlos Alberto Torres 2004–2005 18 2 5 11 0,61 xal Vaqif Sadıqov (müvəqqəti) 2005 5 0 1 4 0,2 xal Şahin Diniyev 2005–2007 20 4 7 9 0,95 xal Gjoko Hadzievski (müvəqqəti) 2007–2008 3 0 1 2 0,33 xal Nazim Süleymanov (müvəqqəti) 2008 1 0 0 1 0 xal Berti Foqts 2008–2014 71 15 22 34 1,03 xal Mahmud Qurbanov (müvəqqəti) 2014 1 0 0 1 0 xal Robert Prosineçki 2014–2017 23 6 6 11 1,04 xal Qurban Qurbanov 2017–2018 12 5 4 3 1,42 xal Nikola Yurçeviç 2019–2020 10 1 2 7 0,5 xal Gianni De Biasi 2020–2023 39 10 8 21 1,03 xal Arif Əsədov (müvəqqəti) 2024 4 2 1 1 1,75 xal Fernando Santos 2024–2025 11 0 2 9 0,18 xal
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Sentyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri