Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 4 iyun, AZƏRTAC
Mənə yenidən milli komandaya dəvət olunduğum üçün etimad göstərən hər kəsə təşəkkür edirəm. Uzun müddətdən, təxminən üç ildən sonra yenidən milli komandada yer almaq mənim üçün böyük sevincdir. Bu müddətdə müəyyən zədələrim olub, lakin yenidən yığmanın düşərgəsində olmaqdan məmnunluq duyuram
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan millisinin qapıçısı Emil Balayev Malta ilə keçiriləcək yoldaşlıq oyunu öncəsi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, komandada çox yaxşı ab-hava hökm sürür: “Bir neçə gün Bakıda məşq keçdikdən sonra artıq dörd gündür ki, Maltadayıq. Kollektivdə ailə atmosferi hiss olunur. Hesab edirəm ki, bizi maraqlı oyun gözləyir və bunu meydanda nümayiş etdirməyə çalışacağıq”.
Qapıçı millidə qapıçılar arasında rəqabətdən də danışıb: “Şahruddin Məhəmmədəliyevlə rəqabətim hər zaman xüsusi olub. Karyeram ərzində müxtəlif qapıçılarla rəqabət aparmışam, lakin Şahruddinlə münasibətlərimiz fərqlənib. Mövqeyimiz eyni olsa da, daim bir-birimizi dəstəkləmişik. Həm klubda, həm də milli komandada çıxış etdiyimiz dövrlərdə sağlam və dostcasına rəqabət aparmışıq. Buna görə də onunla yenidən eyni komandada olmaq mənim üçün xoşdur. Bu rəqabəti daha çox qardaş rəqabəti adlandırardım. Rza Cəfərov da hazırda milli komandanın düşərgəsindədir. O, son mövsümü icarə əsasında “Qəbələ”də keçirsə də, artıq icarə müddəti başa çatıb və “Neftçi”yə qayıdıb. İnanıram ki, gələcəkdə onun inkişafını və uğurlarını daha yaxından izləyəcəyik”.
Qeyd edək ki, Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 04 İyun 2026 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















