Millinin sabiq baş məşqçisi: “Yığma ilk dəfə deyil ki, böyük hesabla uduzur”
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi ilk dəfə böyük hesabla uduzmur”.
İdman.Biz bildirir ki, bunu Report-a açıqlamasında Azərbaycanın U-21 millisinin sabiq baş məşqçisi Samir Əliyev deyib.
Mütəxəssis yığmanın Avropa çempionatının seçmə mərhələsində Çexiyaya böyükhesablı məğlubiyyətini şərh edib:
“Özüm də U-21 millisində çalışarkən böyükhesablı məğlubiyyətlər olurdu. Yeni baş məşqçi Rəşad Eyyubov gəncdir, təcrübəsi də çox deyil. U-21 onun karyerasında yeni təcrübə olacaq. Çexiya yığmamız üçün güclü rəqiblərdən biridir. Nəzərə alsaq ki, Rəşad Eyyubovun baş məşqçi kimi ilk matçı idi, futbolçuları çox da yaxşı tanımır. Deməyim odur ki, təlim-məşq toplanışı keçilməyib, yoxlama oyunlarında qüvvələrini sınamayıblar. İndiki vəziyyətdə tənqid etməyimiz doğru olmazdı. Düzgün seçim onlara dəstək göstərməyimizdir. Problemlər hər zaman olub. Yığma ilk dəfə deyil ki, böyük hesabla uduzur”.
Qeyd edək ki, Çexiya - Azərbaycan görüşü rəqibin 5:0 hesablı qələbəsi ilə bitib. U-21 növbəti matçını oktyabrın 14-də evdə Şotlandiya yığmasına qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 11 Oktyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















