Icma.az
close
up
RU
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib

Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Sem Altman
"OpenAI" şirkətinin rəhbəri Sem Altman "Sora Al"-ın yeni versiyası olan "Sora 2"-ni təqdim edib. Bu model artıq təkcə foto deyil, həm də real insanların videolarını süni mühitdə səslər, həmçinin dialoqlarla birləşdirməyə imkan verir.
Reyting.az
-ın məlumatına görə, "OpenAI" şirkətinin yeni texnologiyası Hollivudda böyük narazılıqla qarşılanıb. Hollivudun ticarət assosiasiyası "Motion Picture Assn." və bir çox aktyorların üzv olduğu "SAG-AFTRA" kimi təşkilatlar sərt iddialar irəli sürüblər.
Adıçəkilən qurumlar bəyan ediblər ki, onlar müəllif hüquqlarının kobud pozulması, həmçinin müxtəlif aktyorların obrazlarının icazəsiz istifadəsinə görə, iş adamı Sem Altmana məxsus olan "OpenAI" şirkətindən ətraflı izahat tələb edirlər.
"OpenAI" şirkəti bəzi studiyalarla danışıqlar aparıb və istifadə olunmayan personajların, eyni zamanda, aktyorların tam siyahısının təqdim edilməsini istəyib. "SAG-AFTRA" Altmanın ideyasının Hollivud kino sənayesinin nüfuzuna çox ciddi xələl gətirəcəyini vurğulayıb və bu addımın qəbuledilməz olduğunu bildirib. Hollivud aktyoru Sean Astin isə deyib ki, bu yanaşma "bütün sənayenin iqtisadi əsaslarına təhlükə yaradacaq".
Səs-küylü təzyiqlərdən sonra ictimaiyyət qarşısında susmamağa qərar verən amerikalı məşhur milyarder Sem Altman bəyan edib ki, onlar əslində, qanunsuz heç nə etməyiblər.
Onun sözlərinə görə, "OpenAI" müəlliflərə öz obrazlarının istifadəsini daha sərt şəkildə nəzarətdə saxlamaq, bu istifadəyə görə yüksək mükafatlandırma mexanizmlərini tətbiq etmək imkanlarını yaradacaq.
Uzun illərdir ki, Hollivud kino sənayesini təmsil edən bəzi şəxslərin fikrincə, ortaya çıxarılmış bu yeni versiya milyarder Sem Altman tərəfindən yenilik kimi deyil, ABŞ kinosunun indisinə, həmçinin gələcəyinə açıq müdaxilə kimi qiymətləndirilməlidir.
"OpenAI" şirkəti özünə bəraət qazandırmaq üçün daha bir açıqlama verib. Şirkət bildirib ki, hazırda onlar yerli kino sənayesində müəllif hüquqları ilə qorunan personajların yaradılmasını bloklayacaq texnologiyaların üzərində işləyirlər.

Oqtay QORÇU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Oktyabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri