Milyarder klub prezidenti isrefa verdi: Cinsi istismar iddialar
Icma.az, Moderator.az saytına istinadən bildirir.
İngiltərə Premyer Liqasında çıxış edən "Vest Hem” klubunun prezidenti, britaniyalı milyarder Devid Salivan irəli sürülən cinsi istismar və müxtəlif sui-istifadə iddialarının yayılmaslndan sonra vəzifəsindən istefa verib.
Moderator.az xəbər verir ki, "Vest Hem"in 77 yaşlı prezidenti 16 illik rəhbərlik dövrünü başa vuraraq klubdakı postunu tərk edib. "BBC Panorama" və "The Times” nəşrinin birgə apardığı geniş araşdırma 1980–1990-cı illərə qədər uzanan və sistematik istismar şübhələrini gündəmə gətirib.
İddiaların mediada yayılmasından sonra Salivan istefa verdiyini açıqlayıb. O isə ittihamları rədd edərək onların "tamamilə əsassız” olduğunu bildirib və BBC-yə qarşı hüquqi proses başlatmağa hazırlaşdığını deyib.
İstintaq materiallarında Salivanın modellik üçün müraciət edən gənc qadınlara iş və ya jurnal üz qabığında yer alma vədi verərək sui-istifadə etdiyi iddia olunur. Yeddi keçmiş modelin ifadələrində qapalı otaqlar, təzyiq və razılıq olmadan hərəkətlər kimi ağır iddialar yer alıb.
Şahidlərdən biri gizlilik üçün "Florens” adı ilə çıxış edərək yaşadığı hadisələrin uzunmüddətli psixoloji travma və intihar düşüncələrinə səbəb olduğunu bildirib. "Rebeka” təxəllüslü başqa bir zərərçəkmiş isə Salivanın onun həssas vəziyyətindən istifadə etdiyini və razılıq olmadan münasibət qurulduğunu iddia edib.
Salivanın 2008-ci ildə saxlanıldığı, lakin sübutların yetərsizliyi səbəbindən ona qarşı cinayət işinin açılmadığı da qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 10 İyun 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















