Icma.az
close
up
RU
Milyarder məşhur rəssamın villasına köçür

Milyarder məşhur rəssamın villasına köçür

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


"LVMH" moda holdinqinin rəhbəri Bernar Arno Parisdən Milana köçəcək. O, burada tarixi bina sayılan, həmçinin bir zamanlar dünya şöhrətli rəssam, ixtiraçı Leonardo da Vinçinin yaşadığı villada yerləşəcək.
Reyting.az
xəbər verir ki, bu barədə "Economy" nəşri yazıb.
Milanın mərkəzində yerləşən Atellani evi (Casa degli Atellani) intibah dövrünün nadir memarlıq nümunələrindən biridir. XV əsrdə inşa olunan bina 1498-ci ildə Milanın hersoqu Ludoviko il Moronun tərəfindən Leonardo da Vinçiyə hədiyyə edilib.
Hersoq rəssamın məşhur "Sonuncu şam yeməyi" əsərini görüb, daha sonra həm sarayını, həm də bu villanın yaxınlığındakı çox böyük üzüm bağını ona bağışlayıb. İllərdir xalq arasında bu iqamətgah "Leonardo da Vinçi villası" kimi tanınır.
İş adamı bu villanı 2022-ci ildə alıb. Milyarderə 1,3 milyon avroya başa gələn villada təmir işləri tam yekunlaşıb.

Fransız milyarder villanı şəxsi, hətta çox böyük ehtimalla özünün vergi rezidensiyasına çevirmək niyyətindədir. Bundan başqa, burada "LVMH" şirkətinin mədəniyyət mərkəzinin yaradılması, eyni zamanda qapalı tədbirlər, həm də moda nümayişlərinin təşkili də istisna olunmur.
Bildirilir ki, "LVMH" şirkətinə "Louis Vuitton", "Celine", eləcə də "Christian Dior" və "Givenchy, Fendi", həmçinin "Loewe", "Sephora" kimi digər tanınmış brendlər daxildir. Bu şöhrətli və nəhəng şirkətin rəhbəri kimi Bernar Arno isə dəfələrlə dünyanın ən varlı insanları siyahısına başçılıq edib.
Hazırda "Forbes" jurnalı bu fransalı iş adamının sərvətini 151,1 milyard dollar dəyərində qiymətləndirməklə, 9-cu yerə, "Bloomberg" isə 162 milyard dollarla 8-ci yerə yerləşdirir.
Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://reyting.az
archiveBu xəbər 21 Avqust 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see368

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see348

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see338

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see297

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see273

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see260

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see255

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see245

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see242

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see236

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see231

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see229

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see222

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see219

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see214

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see212

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see209

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see205

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see205

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri