Icma.az
close
up
RU
Milyarder narkobaron 25 ildən sonra həbsdən azad olundu FOTO

Milyarder narkobaron 25 ildən sonra həbsdən azad olundu FOTO

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Kolumbiyanın “əfsanəvi” narkobaronlarından biri, adı “Forbes”in milyarderlər siyahısında keçən  Fabio Oçoa 25 illik həbsdən sonra azadlığa çıxıb.

Azpost.info bildirir ki, bu barədə Associated Press xəbər verir.

Bədnam Medellin kokain kartelinin əsas rəhbərlərindən olan Oçoa ABŞ-dakı federal həbsxanadan azad edilib, onun vətəninə deportasiya olunacağı gözlənilir.

ABŞ Həbsxanalar Bürosunun məlumatına görə, Fabio Oçoa Vasquez 30 illik həbs cəzasının 25 ilini çəkdikdən sonra çərşənbə axşamı azad edilib.

67 yaşlı Oçoa və onun böyük qardaşları 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində ABŞ- a kokain daşıma nəticəsində böyük sərvət toplayıblar. 1987-ci ildə onların adı Forbes jurnalının milyarderlər siyahısına salınıb.

Mayamidə yaşayarkən Oçoa bir vaxtlar Pablo Eskobarın rəhbərlik etdiyi kokain kartelinin paylama mərkəzini idarə edib.

ABŞ-da Oçoaya qarşı  ilk dəfə 1986-cı ildə ittiham irəli sürülüb. Onu narkotiklərlə mübarizə İdarəsinin informatoru Barri Silanı öldürməkdə şübhəli sayıblar. Bu qətl əsasında Tom Kruzun baş rolda oynadığı film 2017-ci ildə böyük ekrana çıxıb.

Oçoa 1990-cı ildə Kolumbiyada həbs olunub. Lakin ABŞ-a ekstrdisya edilməyib. Həmin vaxt o, ABŞ-ın kolumbiyalı narkobaronların “Ən çox axtarılan ” siyahısında idi.

Oçoa 2001-ci ildə yenidən həbs olunur və 40-dan çox adamın adının çəkilən Mayami ittihamı ilə əlaqədar olaraq ABŞ-a ekstradisiya olunur. Onlardan yalnız Oçoa məhkəmə qarşısına çıxarılır və 30 il həbs cəzasına məhkum olunur.

Qalan müttəhimlər daha yüngül həbs cəzası alır. Çünki onların əksəriyyəti hökumətlə əməkdaşlıq edir.

Oçoanı mühakimə edən prokurorluq qrupunun üzvü olmuş, indi təqaüddə olan ABŞ prokurorunun köməkçisi Riçard Qreqori deyib ki, Oçoa ailəsinin bütün qanunsuz narkotik qazancını müsadirə edə bilməyiblər.

Azpost.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azpost.info
archiveBu xəbər 06 Dekabr 2024 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri