Milyarder qadına ölüm hökmü verildi
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Vyetnam Ali Xalq Məhkəməsi ölkənin ən varlı qadınlarından biri olan Çıonq Mi Lanın dələduzluq işi üzrə apellyasiya şikayətini rədd edib. Ona əvvəlcədən ölüm hökmü çıxarılmışdı.
Globalinfo.az bildirir ki, Oxu.Az bu barədə “Ostorojno, novosti” “Telegram” kanalına istinadən xəbər verir.
“Çıonq Mi Lanın əməllərindən dəyən ziyan böyükdür və son dərəcə ciddi nəticələrə malikdir… Cəzanın yüngülləşdirilməsi üçün heç bir əsas yoxdur”, – deyə Hoşimin məhkəməsinin qərarında bildirilib.
Xatırladaq ki, aprel ayında Lan 12.3 milyard dollar mənimsəmədə, məmurları ələ almaqda və kreditləşmə qaydalarını pozmaqda təqsirli bilinib.
Hazırda Lan birinci iş üzrə ölüm cəzasına, ikinci iş üzrə isə ömürlük həbs cəzasına məhkum edilib. Məhkəmə onun əməllərindən dəyən ümumi ziyanı təxminən 27 milyard ABŞ dolları həcmində qiymətləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 03 Dekabr 2024 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















