Milyarder Trampa hiddətləndi: Bunun səbəbi nədir?
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Tramp administrasiyası avtokratlara güzəştə gedir, onların şəxsi istəklərini Amerika xalqının və bütün azad dünyanın maraqlarından üstün tutur. Prezident Trampın Putinə bu qədər yaltaqlanmasına səbəb nədir? Amerika müttəfiqləri müharibə və əzabların yaşandığı bu dövrdə onlara qarşı çıxan bir administrasiyaya bundan sonra necə etibar edə bilərlər?
Axar.az xəbər verir ki, bunu britaniyalı milyarder Riçard Brenson Ukrayna üçün “Starshield” sisteminə çıxışın məhdudlaşdırılmasını şərh edərkən deyib.
Brensonun sözlərinə görə, Avropa liderləri Trampın son addımlarının yaratdığı ilkin şoku aradan qaldırmalı və məsuliyyəti öz üzərlərinə götürməlidirlər:
“Söhbət təkcə Ukraynanın suverenliyindən deyil, həm də Avropanın azadlığından gedir. Hər ikisi uğrunda mübarizə aparmağa dəyər. İndi bütün mümkün variantlar nəzərdən keçirilməlidir: dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsindən tutmuş, Almaniyanın “Taurus” raketləri kimi müasir silah sistemlərinin tədarükünə qədər.
Niyə, axı niyə bunlar baş verir? Azad dünyanın gözümüzün qarşısında dağıdılmasına imkan verə bilmərik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 17 Oktyabr 2026 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















