Milyarderə qarşı dələduzluq edən qadın polis həbs olundu
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Türkiyədə qadın polis məmuru milyarderə qarşı dələduzluq edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, Ankara məhkəməsində mühafizə polisi olan Selin M. ABŞ-da yaşayan milyarder A.F.-dan barəsində açılan cinayət işinə xitam verilməsi üçün yarım milyon dollar və 1 milyon 450 min lirə alıb. Məlumata görə, A.F.-nin barəsində İstanbulda yol qəzası törətməsi ilə bağlı cinayət işi açılıb.
Qadın polis milyarderə zəng vuraraq, cinayət işinə xitam verilməsi üçün prezidentin köməkçisi və ədliyyə nazirinin müavini ilə danışdığını deyib.
Məhkəmə prosesində Selin M. ittihamları rədd edərək, milyarderlə sevgili olduğunu və bu pulların ona hədiyyə kimi göndərildiyini deyib.
Məhkəmənin qərarı ilə qadın həbs olunaraq, cəzaçəkmə müəssisəsinə yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 05 Dekabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















