Icma.az
close
up
RU
Milyarderlər pullarını nəyə xərcləyirlər? Ağlınıza gəlməyəcək şeylər

Milyarderlər pullarını nəyə xərcləyirlər? Ağlınıza gəlməyəcək şeylər

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Siz heç düşünmüsünüzmü ki, milyarderlər pullarını nəyə xərcləyirlər? İddiaya girmək olar ki, ağlınıza eksklüziv avtomobillər, daşınmaz əmlak, bahalı istirahət, zinət əşyaları və digər dəbdəbəli əşyalar gələcək. Amma bu, heç də tam siyahı deyil.

Qaynarinfo xəbər verir ki, "Reddit” sosial şəbəkəsində varlı insanların pullarının böyük hissəsini adətən nəyə sərf etdiklərini anlamaq üçün bir müzakirə mövzusu açılıb. Şərhlərdə qeyd olunan bəzi şeylər isə çoxumuzun ağlına belə gəlməzdi.


Zənginlər nələr alırlar

Söhbət insanların böyük pulları nəyə xərclədiklərindən gedəndə, bəzi şeylər "adi ölümlülərin” təsəvvür çərçivəsindən kənara çıxır. Məsələn, istifadəçilərdən biri danışır ki, işlədiyi evlərdən birində ev sahibi kitabxanasının altında yeraltı qaraj düzəltdirmişdi ki, daha çox qonaq qəbul edə bilsin. Qarajda səksən (!) avtomobil yerləşirdi.

Başqa bir adam isə, şərh müəllifinin sözlərinə görə, qonaqları çimərkən ayaqlarını palçığa bulamasınlar deyə çayın sahilini abadlaşdırmağa 30 milyon xərcləmişdi.

ABŞ-ın Beverli-Hillz şəhərində isə belə bir hadisə olub: varlı bir şəxs küçənin o biri tərəfindəki, on milyonlarla dollara başa gələn evi alıb, sökdürüb və orada şəxsi park salıb. Və bütün bunlar ona görə ki, həmin ev onun mənzilindən görünüşü bağlayırdı. 

Bəzən ağlasığmaz səbəblərə görə ağlasığmaz məbləğlər xərclənir.

"Bir dostum var, ildə 108 min dollara idman zalının üstündəki çoxmərtəbəli binada mənzil kirayələyir, çünki zalın tualetindən, duşundan və soyunma otağından istifadə etməyi xoşlamır. O mənzili həftədə cəmi 2 saat istifadə edir”, – deyilir şərhlərdən birində.

Digər hekayələr

Başqa bir istifadəçi isə bir kişinin Yaponiyadan (Tsukiji bazarından) ABŞ-a suşi sifariş etdiyini danışır. O, yeməzdən əvvəl balığın 15 saatdan artıq olmayaraq tutulduğunu təsdiq edən sertifikat tələb edirdi.

"Onun həmçinin vərdişi var idi ki, restorana (adını və yerləşdiyi yeri deyə bilmərəm) böyük pul ödəyirdi ki, restoran bağlansın və o, arvadı ilə təkbaşına sakitcə suşi yeyə bilsin”, – əlavə edib müəllif.

Zənginlərin məşğuliyyətləri – şəxsi zooparkdan öz vaqonuna qədər

Heç kimə sirr deyil ki, imkanlı insanlar eksklüziv əşyaları toplamağı sevirlər. Müzakirədə qeyd olunub ki, bəzən onlar meteoritlərdən hazırlanmış silahlar və dünyanın müxtəlif yerlərindən gətirilmiş nadir artefaktlar alırlar.

Bəzi varlılar isə heyvan kolleksiyası yığırlar:

"Ölkəmdə bir milyarderin kiçik oğlu heyvanları çox sevir. Onun üçün yüzlərlə hektar torpaqda şəxsi zoopark yaradılıb. Orada dünyanın hər yerindən gətirilmiş heyvanlar var”, – yazıb istifadəçi.

Başqa bir şərhdə isə deyilirdi ki, bəzi imkanlı şəxslər 40–50-ci illərin dəbdəbəli dəmir yolu vaqonlarını alıb bərpa edirlər. Daha sonra onlar bu vaqonları hərəkətdə olan qatarlara qoşdurmaq və ölkəni öz şəxsi vaqonlarında səyahət etməklə keçmək üçün pul ödəyə bilirlər.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Avqust 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri