Icma.az
close
up
RU
Milyardlar sovruldu, proksilər çökdü İranda nə baş verir?

Milyardlar sovruldu, proksilər çökdü İranda nə baş verir?

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

İranda yeni etiraz dalğası baş qaldırıb. Artıq neçənci dəfədir ki, xalq küçələrə tökülür. Qəzəb və nifrət püskürür. Bəs bu etirazın kökü haradan gəlir?

Axar.az xəbər verir ki, bu suala Avropada yaşayan jurnalist Elbəyi Həsənli aydınlıq gətirməyə çalışıb.

O bildirib ki, bir vaxtlar İran siyasi elitasında açıq şəkildə deyilirdi ki, İraq, Suriya, Livan və Yəmən artıq Tehranın nəzarəti altındadır və bu proses genişlənəcək:

“Bu fikir təkcə media ritorikası deyildi; İran parlamentində, SEPAH-a yaxın dairələrdə və ideoloji mərkəzlərdə “İslam inqilabının ixracı” regional qələbə kimi təqdim olunurdu. Tehran özünü Yaxın Şərqin gizli mərkəzi, ərəb paytaxtlarını dolayısı ilə idarə edən güc kimi görürdü.

Lakin on il keçməmiş bu iddia reallıqla toqquşdu. İranın qurduğu proksi sistemi nə regional hegemonluq gətirdi, nə də ölkə daxilində rifah. Əksinə, ideoloji ekspansiya daxili sosial aclıq, iqtisadi çöküş və legitimlik itkisi ilə nəticələndi.

Proksi imperiyasının ideoloji və praktiki xəritəsi bəllidir. İranın regional strategiyası birbaşa işğala deyil, dolayı nəzarətə əsaslanırdı. Bunun üçün müxtəlif ölkələrdə silahlı və ideoloji strukturlar yaradıldı və ya mövcud qruplar öz orbitinə alındı: Livanda Hizbullah, Fələstində HƏMAS, İraqda Həşdi-Şabi çətiri altında şiə milislər, Yəməndə husilər, Suriyada isə Bəşər Əsəd rejimi.

Bu şəbəkənin ideoloji əsası şiə inqilabının ixracı, praktik əsası isə milyardlarla dollar maliyyə, silah, təlim və kəşfiyyat idi. İran üçün region artıq təhlükəsizlik məsələsi yox, ideoloji vitrinə çevrilmişdi.

Bəli, bu, bahalı hegemonluq idi. Bu imperiya xalqın hesabına quruldu. Qərb və regional hesabatlara görə: Hizbullaha hər il 700–900 milyon dollar, Suriya rejiminə 2011-ci ildən sonra on milyardlarla dollar, İraqdakı şiə qruplara davamlı silah və maliyyə axını, Fələstin qruplarına uzunmüddətli dəstək verildi. Bütün bunlar sanksiyalar altında boğulan İran iqtisadiyyatı fonunda həyata keçirilirdi. Nəticədə İran cəmiyyətində getdikcə daha açıq səslənən belə bir fikir formalaşdı: “Bizim pullarımız Beyrutda, Dəməşqdə və Qəzzada xərcləndi, İran xalqı isə kasıblaşdı”. Yəni bu narazılıq artıq təkcə iqtisadi deyil, ideoloji qırılma xarakteri daşıyır”.

E.Həsənli vurğulayıb ki, İranın ambisiyaları müharibə zonaları ilə məhdudlaşmadı və Azərbaycan da hədəf alındı:

“Tehran uzun illər radikal dini şəbəkələr, ideoloji “hüseyniyyunlar” və qeyri-rəsmi qruplaşmalar vasitəsilə paytaxt Bakıda təsir dairəsi yaratmağa çalışdı. Kifayət qədər “uğur” da əldə etdi. Ancaq bu cəhdlər sonradan təhlükəsizlik orqanları tərəfindən ifşa edildi.

Bəhreyndə isə vəziyyət bir qədər fərqli oldu. Orada əhalinin çoxu şiədir, ancaq hakim ailə sünnidir. Bəhreyndə İranla əlaqəli Əl-Əshtar Briqadaları kimi qruplar vasitəsilə monarxiyaya qarşı üsyan təşviq edildi. Tehran bu ölkəni “şiə inqilabının növbəti hədəfi” kimi görürdü. Bu təhlükəni vaxtında dəyərləndirən Bəhreyn rəhbərliyi Səudiyyə Ərəbistanına sığındı...

O da maraqlıdır ki, Səudiyyə Ərəbistanının özü də İranın maraq dairəsinə düşmüşdü. İran bir mərhələdə Səudiyyə şiələrini kral ailəsinə qarşı qaldırmaq xətti yürüdürdü. Bu siyasətin simvolik nöqtəsi 2016-cı ildə şiə din xadimi Şeyx Nimr ən-Nimrin edamı oldu. Tehran bu hadisəni regional üsyan dalğasına çevirmək istədi, lakin nəticə əksinə oldu. Ərəb dünyasında İran əleyhinə cəbhə daha da sərtləşdi.

Son mərhələdə baş verən 12 günlük müharibə İran üçün ciddi dönüm nöqtəsi oldu. Bu qarşıdurma göstərdi ki, İran proksiləri əvvəlki kimi caydırıcı gücə sahib deyil. Koordinasiya zəifləyib. Tehran regionda artıq təşəbbüsü itirir. İran cəmiyyətində hadisələrin bu minvalla davamı belə dəyərləndirildi: “On illərlə imperiya qurduq, amma kritik anda nə imperiya, nə xalq qorundu”.

Proksilərin ardıcıl iflası İran üçün fəlakət oldu. Bu gün Hizbullah Livanda artıq “milli müqavimət” deyil, İranın hələ də daşıdığı artıq yük kimi görünür. Suriyada Əsəd rejimi devrildi. İraqın şiə şəhərləri “İran, rədd ol!” şüarları ilə silkələnir. Yəmən uzanan və baha başa gələn müharibədir. HƏMAS isə İran üçün reputasiya itkisinə çevrildi. Belə ki, 31 iyul 2024-cü ildə HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda qaldığı binada öldürüldü. İsrailin xüsusi xidmət orqanlarının (MOSSAD) əməliyyatı “müqavimət oxu”nu strateji alətdən ideoloji mifə çevrildi. İsrail proksilərin gözündə İranın “təhlükəsiz arxa cəbhə” imicini də dağıtdı...

Daxilidə teokratik ideologiyanın iflası göz qabağındadır. “Nə Qəzza, nə Livan — canım İrana fəda!” kimi şüarlar indi daha tez-tez səslənir. İranda son illərin ən açıq və simvolik şüarı budur. Bu, təkcə yoxsulluğun yox, şiə ekspansionizminin legitimlik itkisinin ifadəsidir. “Ümmət” ritorikası milli rifah qarşısında çökməyə başlayıb.

Bu tərəfdən də Əli Xamenei artıq 88 yaşındadır və İran daxilində geniş qəbul olunur ki, ali rəhbərin siyasi proseslər üzərində real nəzarəti zəifləyib. Qərarvermə ləngiyir, güc mərkəzləri arasında koordinasiya pozulur.

Belə bir fonda İran Prezidenti Məsud Pezeşkian paradoksu ortaya çıxıb. O, xalqla dialoq içindədir, ona görə də xalq tərəfindən sevilir, amma onun səlahiyyət yoxdur. Təhlükəsizlik və xarici siyasət üzərində real nəzarət SEPAH və ali rəhbər aparatının əlindədir. Prezidentin fəaliyyəti hər tərəfdən qırmızı xətlərlə məhdudlaşıb. İranda artıq belə deyilir: “Prezident danışa bilir, amma qərar verə bilmir”.

Postxamenei dönəmində prezident institutunun səlahiyyətlərinin artması mümkündür.

Bəs İran imperiyadan dövlətə dönüş imkanına sahibdirmi? İranın qarşısında iki yol qalır: Ya dağılmış proksi imperiyasını zorla saxlamaq, ya da postxamenei mərhələsində dövləti xilas etməyə çalışmaq. Bu gün əsas sual budur: İran imperiya xəyallarından imtina edib öz xalqını seçə biləcəkmi?

Daha önəmli bir sual da var: Proksi imperiyasının çöküşü mahiyyətdə imperiya olan İranın özünü də sıradan çıxara bilərmi? Proksi imperiyasının dağılması təkcə İranın xarici siyasətindəki uğursuzluq deyil. Bu, daxili mərkəzləşməni saxlayan ideoloji mexanizmin aşınması deməkdir. Tehran illərdir regional ekspansiyanı daxili legitimliyin əsas dayağı kimi istifadə edib: “xaricdə güclüyük, deməli, mərkəz haqlıdır”. Bu narrativ zəiflədikcə, mərkəzin əyalətlər üzərindəki mənəvi və siyasi çəkisi də azalır. Xaricdə imperiya itirən dövlət, daxildə imperiya olduğunu xatırlamaq məcburiyyətində qalır.

Bu risk İranın çoxetnik quruluşu fonunda daha da dərinləşir. Azərbaycan türkləri, kürdlər, ərəblər, bəluclar və digər qruplar arasında artıq klassik separatizm deyil, loyallıq böhranı müşahidə olunur. “Tehran bizim üçün nə edir?” sualı ideoloji yox, sosial-iqtisadi məzmun alır. Proksi müharibələrinə xərclənən milyardlar fonunda mərkəzdənqaçma meyilləri daha rasional və əsaslandırılmış görünməyə başlayır.

Ən təhlükəli ssenari isə iki prosesin üst-üstə düşməsidir: xarici proksi imperiyasının çökməsi və postxamenei dövründə mərkəzi hakimiyyətin zəifləməsi. Bu, avtomatik parçalanma demək deyil, lakin imperiya tipli dövlət üçün ən həssas mərhələdir. Çünki proksi imperiyasının dağılması daxili siyasi eroziyanın katalizatoruna çevrilə bilər.

Türkiyə və Azərbaycan İranda baş verə biləcək bu kimi ssenarilərə hazır olmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Yanvar 2026 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri