Icma.az
close
up
RU
MİLYARDLARIN BATDIĞI RAYONLAR Korrupsiyalamış icra hakimiyyəti sistemi dəyişməsə...

MİLYARDLARIN BATDIĞI RAYONLAR Korrupsiyalamış icra hakimiyyəti sistemi dəyişməsə...

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Şəki-Zaqatala iqtisadi rayonunda icra başçıları və büdcə durumu

Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan 6 rayondan (Qəbələ, Oğuz, Şəki, Zaqatala, Qax, Balakən) ikisinin icra başçısı həbsdədir.

Bu ilin iyunun 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax rayonunda keçirdiyi əməliyyat zamanı Musa Şəkiliyiev saxlanılıb. Məhkəmə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Oktyabrın 25-də istintaq orqanının təqdimatı ilə keçmiş icra başçısının həbs müddəti daha 4 ay uzadılıb. M. Şəkiliyiev xüsusilə külli miqdarda mənimsəmə və digər vəzifə cinayətlərində ittiham olunur.

Oktyabrın 29-da DTX-nın keçirdiyi əməliyyat zamanı saxlanılan Balakən rayonunun icra başçısı İslam Rzayev barəsində hələlik məhkəmə qərarı yoxdur. Onun korrupsiya cinayətlərinə görə şübhəli şəxs kimi saxlanıldığı məlumdur. Hər iki icra başçısı müvafiq olaraq 2011 və 2010-cu illərdən bu vəzifəni tutub.

Qeyd olunan iqtisadi zonaya daxil olan digər 3 rayonun (Oğuz istisna olmaqla) icra başçıları da həbsdəki həmkarları kimi uzun müddətli icra başçısı karyerasına malikdirlər.

Məsələn, Şəkinin icra başçısı Elxan Usubov 2009-cu ildən, yəni 16 ildir bu rayonu idarə edir. Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun əmisi oğlu olan icra başçısı haqqında mediada çoxsaylı şikayətlər yer alıb. Şəki sakinləri məmur özbaşınalığından, müraciətlərə baxılmamasından, işsizlikdən və süründürməçilikdən narazıdırlar.

Zaqatala rayonuna 15 ildir rəhbərlik edən 78 yaşlı Mübariz Əhmədzadə isə təqaüd yaşının 13 ilini bu vəzifədə keçirib. O, ləğv edilmiş Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin qardaşıdır.

Azərbaycanda Əhmədzadələr vəzifələri və var-dövlətləri ilə tanınırlar. Uzun müddət Şimal-Qərb bölgəsindəki turizm, istehsalat və kənd təsərrüfatı obyektləri onların nəzarətində olub. Onların investisiya və gəlir mənbələri yalnız Azərbaycanla məhdudlaşmır, Avropanın bahalı paytaxtlarında dövriyyəsi milyonlarla ölçülən şirkətlər və çoxmilyonluq daşınmaz əmlakın sənədlərinə də Əhmədzadələrin adları yazılıb.

Qəbələ rayonu da uzun müddətli icra başçısı tərəfindən idarə olunur. Səbuhi Abdullayev 4 mart 2010-cu ildə bu vəzifəyə təyin edilib. Onun rəhbərliyi dövründə Qəbələyə irimiqyaslı dövlət və özəl investisiyalar daxil olub. Bu illərdə Qəbələ respublikanın turizm bölgəsinə çevrilib, çoxsaylı otellər və restoranlar inşa edilib. Varlı təbəqə rayon ərazisində torpaq sahələri və bağlar əldə edib, bahalı daşınmaz əmlak və turizm obyektləri tikib. Qəbələdə əhalinin güzəranı turizm sektorunun inkişafına görə qonşu rayonlarla müqayisədə nisbətən yaxşı olsa da, əhali ənənəvi problemlərdən əziyyət çəkir. İşsizlik başlıca problemdir, vətəndaşların dövlət qurumlarından məmnunluğu da aşağı səviyyədədir. Mediaya müraciət edən vətəndaşlar sosial problemlərdən və məmurların laqeyidliyindən şikayətlənirlər.

Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsində yerli gəlirlər çox aşağı səviyyədədir, bəzi rayonların gəlirləri xərclərini ödəyə bilmir və büdcədən ayrılan dotasiya hesabına fəaliyyət göstərirlər. Məsələn, gələn ilin büdcəsində şəhər və rayonlar üzrə gəlirlər 16 milyard 910 milyon manat məbləğində müəyyən olunub. Layihəyə əsasən, bu məbləğə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarına aid olan 334,4 milyon manat, həmçinin yerli xərclər üçün nəzərdə tutulan 759,135 milyon manat daxildir.

Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi 15 milyard 817,312 milyon manat səviyyəsində müəyyən olunub.

Beləliklə, rayonların büdcədə payı təxminən 1 milyard manat ətrafında dəyişir. Dövlət büdcəsi ənənəvi olaraq Bakı və Abşeron-Xızı iqtisadi rayonlarının 90 faizdən çox gəlirləri (əsasən neft-qaz gəlirləri) hesabına doldurulur.

Qeyd edək ki, ötən iki onillikdə regionların sosial-iqtisadi inkişafını təmin etmək üçün bir neçə dövlət proqramı icra olunub, ümumilikdə 100 milyard manata yaxın investisiya yatırılıb. Lakin proqramlar kağız üzərində icra edildiyindən sərmayələr gəlir gətirmir.

Uzun illər vəzifədə qalan, dövlətin mühüm postunu gəlir mənbəyinə çevirən icra başçıları və onların yaxın çevrəsi, rayonların gəlirli sahələrini ələ keçirərək böyük gəlir götürüb milyonçulara çevriliblər. Bu sistem dəyişməzsə, yeni kadr təyinatları da vəziyyəti dəyişdirməyəcək. Hətta bəzi rayonlara gənc icra başçıları təyin olunsa da, əhali məmnun deyil və inkişaf hələ də nəzərəçarpan deyil.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 Noyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see377

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see262

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see225

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see204

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see198

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see190

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see176

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see166

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see163

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see162

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see161

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see157

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see151

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see151

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see151

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see150

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see148

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see146

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri