Milyonçu 740 dəfə biletsiz qatara mindi Cəzalandırıldı
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Maliyyə nəhəngi "HSBC"nin keçmiş rəhbəri Cozef M. Londonda sistemli şəkildə biletləri tam ödəmədən qatardan istifadə etdiyinə görə məhkəmə qarşısına çıxarılıb.
Ölkə.az "Bild"ə istinadla xəbər verir ki, o, 11 ay ərzində təxminən 740 dəfə xüsusi üsuldan istifadə edib.
Qeyd edilir ki, Cozef M. marşrutun yalnız ilkin və son hissələri üçün bilet alıb və ortada boşluq yaradıb. Bu yolla dəmir yolu şirkətinə təxminən 6700 avro zərər vurulub.
İttihama əsasən, Cozef M. 2023-cü ilin oktyabrından 2024-cü ilin sentyabrınadək saxta ad və ünvanlardan istifadə edərək biletləri alıb. O, məhkəmədə günahını etiraf edib.
Məhkəmə onu 10 ay şərti azadlıqdan məhrumetmə cəzasına, 80 saat ictimai işlərə və bir il müddətinə Cənub-Şərqi Dəmir Yolu xidmətlərindən istifadə qadağasına məhkum edib.
Həmidə İbrahimova
Baxış sayı:118
Bu xəbər 19 Fevral 2026 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















