Icma.az
close
up
RU
Milyonçu şousunda iştirak edən hakim İstanbul derbisinə təyinat aldı!

Milyonçu şousunda iştirak edən hakim İstanbul derbisinə təyinat aldı!

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Həftəsonu Türkiyə çempionatında bütün diqqətlər İstanbul derbisinə yönələcək.

Şənbə günü 15-ci tur çərçivəsində lider ''Qalatasaray''ı qarabaqara təqib edən ''Fənərbaxça'' son 5 turda cəmi 2 xal qazanan və problemlər məngənəsində boğulan ''Beşiktaş''ın qonağı olacaq. Bu önəmli qarşılaşmanın hakimi artıq bəllidi.
Böyük maraqla gözlənilən derbini Mehmet Türkmən idarə edəcək. Əslən Konyadan olan və İstanbul Universitetinin Hüquq fakültəsini bitirən 29 yaşlı Türkmən ötən mövsümdən etibarən superliqa oyunlarına təyinat alır. Bu, onun karyerasının ilk İstanbul derbisi olacaq. Türkmən indiyə qədər ''Beşiktaş''ın 1, ''Fənərbaxça''nın iki oyununu idarə edib. Bu qarşılaşmaların hamısı cari mövsümə təsadüf edib.
Onun idarəçiliyi altında ''Qartal'' 2-ci turda ''Antalyaspor''u 4:2, ''Fənərbaxça'' isə 4-cü turda ''Alanyaspor''u 3:0 və 10-cu turda ''Bodrum''u 2:0 məğlub edib. Cari ''futbol ili''ndə superliqada ümumilikdə 10 qarşılaşmada fit sahibi olan Türkmən mövsümün əvvəlində ''Qalatasaray''la ''Beşiktaş'' arasında baş tutan superkubok matçının 4-cü hakimi funksiyasını icra etmişdi. Onunla bağlı ən maraqlı məqam isə ''Milyonçu'' şousunda iştirak etməsidi. Türkmən 2017-ci ildə 22 yaşı olarkən ATV kanalında yayınlanan şouda iştirak etmiş və 6-cı sualda yarışmanı dayandıraraq 1000 lirə qazanmışdı.
ƏLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Dekabr 2024 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri