Icma.az
close
up
RU
Milyonçunun yazıçı nəvəsi

Milyonçunun yazıçı nəvəsi

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məmməd İsmayılın yas məslisində yazıçılar arasında Mehdi Hüseyndən söhbət düşmüşdü.

İndiki cavanlar bu yazıçını ya heç tanımır, ya da az tanıyır. Onun "Abşeron", "Qara daşlar", "Yeraltı çaylar dənizə axır" romanlarını və bir neçə hekayəsini oxumuşam.

Sovet ideolojisi çərçivəsində, amma çox ustalıqla, talantla yazılmış əsərlərdir. Həyatı qədər ölümü ilə də tanındı. Süleyman Rüstəm kimilər onun da başını "yedi". Bilirsiniz, "ideoloji" ədəbiyyat əvvəl-axır öz balalarını yeyir. Kayman timsahları kimi. Yeyir və göz yaşı axıdır.

Söhbət gəlib Mehdi Hüseynin unudulmağına çıxdı. Səhv etmirəmsə, Məti Osmanoğlu dedi ki, oğlu Əli atasının irsinə sahib çıxmadı. Bu mənada yəqin Rəsul Rza, İlyas Əfəndiyev çox şanslı olublar - ədəbi-mədəni hakimiyyət oğullarına -Anara və Elçinə qalmışdı, onlar da atalarını qorudular. Bilmirəm, Yusif və Vaqif Səmədoğlular olmasaydı, Səməd Vurğun da unudulardımı, yoxsa, yox. Məncə, yox. Ən azı Aybəniz Vəkilova vardı. Deyilənə görə, qız övladlar daha vəfalı olur. Hərçənd bu cür ümumiləşdirmələr mənə görə yanlışdır. Biz hardan bilirik ki, Ərtoğrul Cavid sağ qalsaydı, atası Hüseyn Cavidin irsinə bacısı Turan xanımdan daha az diqqət ayırardı?!

Söhbət, əlbəttə, bəzi oğulların etdiyi kimi, ataların tənqiddən, yəni həqiqəydən qorunmasındanq getmir. Atanın ən azı xatirəsini yaşatmaqdan gedir. Elə böyük şəxsiyyətlər var, onları cəmiyyət unutmağa başlayanda, dövlət unutmaq istəyəndə, bioloji və ya mənəvi varisləri ortaya çıxıb, çiynini yükün altına verir.

Bu mənada neft milyonçusu, xeyriyhəçi Ağamusa Nağıyevin bəxti gətirib: Dilarə Ağamusa (Nağıyeva) kimi nəvəsi var. Səksən beş illik ömrünün otuz beş ilini babasının həyatını, gördüyü işləri araşdırmağa sərf edib Dilarə Ağamusa. Onu dövlətin də yadına salıb, cəmiyyətin də. Bir film də çəkdirib, onun dünən tanıtımını da keçirdi. Çox da maraqlı bir kontingent toplaşmışdı, maraqlı məclis idi. Bircə qüsur vardı: salonda oksigen az, "şair" çox idi. Bəzi insanlara elə gəlir ki, yaddaşda uzun müddət qalmaq üçün məclislərdə uzun-uzadı danışmaq lazımdır.

Mən də uzatdım, deyəsən: əvvəlini bir cür, axırını başqa cür.

Qısası, Ağamusa Axundov xoşbəxt şəxsiyyət imiş!

Yox, milyonçu olduğuna görə yox! O qədər milyonçu var, bədbəxtdir və bədbəxtcəsinə unudulub gedir. Hələ tarixçilərin deyil, yalnız və yalnız mühüm işlər üzrə müstəntiqlərin xatırladığı milyarderləri demirəm.

Odur ki, Dilarə Ağamusa kimi bir nəvəniz olmasa, unudulmaq riski altındasınız. Milyonlarınız yox e, lap milyardlarınız da olsa, xeyri yoxdur...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 Oktyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri