Milyonlar xərclə, bir mikrofon alma: AFFA nın növbəti utancı
Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Futbol üzrə Azərbaycan I Liqasında XXII tura start verilib.
Turun ilk matçı Binə qəsəbə stadionunda keçirilir. Hazırda MOİK “Zaqatala”nı qəbul edir.
Apasport.az saytının matça ezam olunmuş əməkdaşının məlumatına görə, oyunda qəribə hadisə baş verib.
Belə ki, ehtiyat hakim Maqsud Şamıyevin mikrofonu ilk hissə ərzində işləməyib.
Referinin hadisələrə uzaq olduğu mübahisəli epizodlarda Şamıyev Murad Səlimovla əlaqə qura bilməyib. Nəticədə fərqli qərarlar qəbul olunub.
“Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov yanlış qərarların səbəbini soruşduqda “mən onları eşidirəm, onlar məni eşitmir, kömək edə bilmirəm” cavabını alıb.
Oyunun sonrakı dəqiqələrində ehtiyat hakim suallarını laynsman vasitəsilə referiyə çatdırıb. İlk hissəyə əlavə olunan dəqiqəni də laynsman Şamıyevə bildirib.
Qeyd edək ki, ilk hissə meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.
I Liqa: "Zaqatala" və "Cəbrayıl" səfər sınağında - YENİLƏNİR XXII tura yekun vurulub "Ayın qolu"nun qalibi mükafatlandırıldı AFFA U-13 Liqasında pley-off mərhələsinin püşkü atılıb "Qarabağ"dan maraqlı addım: Onlar üçün giriş sərbəstdir
Baxış sayı:153
Bu xəbər 15 Aprel 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















