Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

“Milyonlar xərclənən millinin belə nəticələri qalib ölkəyə yaraşmaz”

“Milyonlar xərclənən millinin belə nəticələri qalib ölkəyə yaraşmaz”

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan futbolu neqativ dönəmdən keçir. Xüsusilə, son həftələrdə əsas yığma və aşağı yaş qruplarının məğlubiyyətləri sıralanır və yeni AFFA rəhbərliyi ciddi tənqidlərə məruz qalır.

Azərbaycan yığması UEFA Millətlər Liqasında 4 oyunda məğlub olub. U-21 isə Şimali İrlandiyaya 0:5, İngiltərəyə isə 0:7 hesabıyla uduzub.

Keçmiş “Bakı” klubunun icraçı direktoru, hazırda II Liqada mübarizə aparan “Dinamo”nun İdarə Heyətinin rəhbəri Yaşar Seyidov “FutbolPress“ə açıqlamasında nəticələri şərh etdi:

“Nəticələr çox üzücü və məyusedicidir. Milyonlar xərclənən yığmanın belə nəticələri qalib ölkəyə yaraşmaz. Ən təhlükəsi isə qabaqdadır. Aşağı yaş qruplarında nəticələr faciədir. Onlara əsas yığmanın ehtiyat qüvvəsi kimi baxmaq olmur. Qalib ölkənin milli komandaları belə nəticələr göstərməməlidir. Bütün nəticələr kədərlidir. Ona görə də, bundan razı deyilik və bizə, Azərbaycan futbolsevərlərinə yaraşmayan nəticələrdir”.

Funksioner nəticələrin uğursuz olmasının səbəbini belə izah etdi:

“Strategiya və futbolun inkişafı ilə bağlı proqramımızın olmaması ilə bağlıdır. İndi təsəvvür edin, uşaq futbolumuz nə gündədir. Yığma üçün ehtiyat qüvvənin hazırlanması sıfırdır. Yığmalar ardıcıl böyük hesabla uduzurlar və ordan əsas yığmaya gələcək oyunçu yoxdursa, uğursuzluq qaçılmaz olacaq. Eyni zamanda sistemsizlik var, aşağı yaş qruplarında məşqçilərin səviyyəsi yaxşı deyil. Sistem yoxdur və vəziyyət ürəkaçan deyil”.

Təcrübəli mütəxəssis vəziyyətdən çıxış yolunun olduğunu bildirdi. O, yeni dövlət proqramının qəbul edilməsinin zəruriliyindən söz açdı:

“Vəziyyətdən çıxmaq üçün tezliklə inkişafla bağlı dövlət proqramının qəbul edilməsinə ehtiyac var. Bunun da adını qoymuşuq ki, strategiyanın hazırlanması. Sözsüz, təkliflər verə, strategiya hazırlaya bilərik. Ancaq dövlətin siyasi iradəsi ortada olmasa, dediklərimizin əhəmiyyəti olmayacaq. Qısa zamanda proqramlar hazırlanıb, hərtərəfli qaydada futbol ictimaiyyəti, AFFA İcraiyyə Komitəsi, ölkə rəhbərliyi tərəfindən təsdiq olunması baş tutmasa, kağız üzərində qalacaq. Futbolun inkişafı üçün dövlətin siyasi iradəsi ortada olmasıdır. Bilirəm ki, ölkə başçısı strategiyanın qurulmasına dəstək verəcək. Bundan sonra nəyəsə ümid edə bilərik. Təklifim odur ki, strategiya hazırlananda işçi qrupları yaradılsın, prosesin icrasıyla bağlı qruplar 6 aydan bir məlumatlar verilsin. Bunun dəqiq olması üçün hər kəs əllərindən gələni etməlidir. 2005-2015-ci illərdə dövlət proqramı yaradıldı, amma necə yerinə yetirilməsi ilə bağlı iclas, açıqlama olmadı. İstəyirəm ki, növbəti strateji plan əvvəlki kimi olsun. Hazırlanan proqramda yerli mütəxəssislər də iştirak etməlidir. Onlar da futbolun inkişafı üçün öz təcrübələrini ortaya qoymalıdır. Əks təqdirdə, yenə əvvəlki kimi nəticələrimiz məyusedici olacaq. Təklifim budur. Azərbaycan futbolunu kifayət qədər bilən, nüfuzu olan, incəliklərini bilən idarəçilər yeni hazırlanan strategiya planında yer almalıdırlar. Futbolun inkişafı üçün konkret cavabdeh şəxslər olmalıdır”.

Seyidov belçikalı nümayəndələrə öz təkliflərini təqdim etdiyini və bunun onların strategiyasında yer alacağına inandığını söylədi:

“AFFA yeni strategiyanın yazılması ilə bağlı Belçika şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Son görüşdə mən və Tahir Süleymanov da iştirak etdi. Azərbaycan futbolunda təcrübəli biri kimi öz təkliflərimi onlara təqdim etdim. Ölkədə futbolun inkişafı, problemlərin həlli üçün ciddi layihədir. Bu, onların strategiyasında öz yerini tapacaqsa, inanıram ki, futbolumuzun inkişafı olacaq. Belçikalıların strategiya hazırlanması müsbətdir. Eyni zamanda onların mən və Tahir bəyin fikirlərini qəbul etməsi sevindiricidir. Əvvəl bizim fikirlərimizi dinləyən yox idi. İndi təkliflərimiz yüksək qiymətləndirilib. İnanıram ki, layihələrimiz qəbul olunacaq və gözlədiyimiz nəticəni alacağıq. Məni narhat edən məqam Belçika şirkətinin nümayəndələri ilə müqavilə imzalananda Azərbaycandan olan yerli mütəxəssislərin burda iştirak etməməsidir. Ümumiyyətlə, layihə təsdiq olunandan sonra qruplar yaradılmalıdır. 2005-2010-cu illəri əhatən edən dövlət proqramının yekunu haqda hesabat verilmədi. Belçikalılara müraciət etdim ki, strategiyanı hazırlayan zaman qruplarla bağlı AFFA-ya məlumat verilsin. Və onlar da hər 6 aydan bir hesabat versinlər. Bu proses mütəmadi olmalıdır və hər kəs prosesin gedişatını bilməlidir. Əvvəl də proqram qəbul olunub, amma indi yığmamız Cəbəllütariqlə bir sırada dayanır. Deməli, nələrsə yanlış olub. İndi bunların olmamasına çalışmaq lazımdır”. 

Seyidov sonda yeni AFFA rəhbərliyindən gözləntilərini bölüşdü:

“Yeni rəhbərlikdən gözləntilərim böyükdür. Vəd veriblər ki, Azərbaycanda futbolun inkişafı üçün strategiya hazırlanır və irəliləyişlər olacaq. Düzdür, 6 ayda hələ ancaq millilərin məğlubiyyətlərinin şahidi oluruq. Unutmaq olmaz ki, strategiya hazırlanandan sonra dönüş olacaq. Strateji yol xəritəsi hazırlanacaq. Ümid edirəm ki, yeni rəhbərlik inkişaf üçün çalışacaq. AFFA rəhbərliyinin sözlərini tutacağına ümid edək”.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 29 İyun 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see430

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see323

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see320

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see300

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see294

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see278

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see278

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see268

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see248

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see232

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see229

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see213

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see211

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see200

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see196

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see189

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see188

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see183

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see175

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri