Icma.az
close
up
RU
“Milyonların həyatına son qoyan adam...” Qızı Putini tənqid edib

“Milyonların həyatına son qoyan adam...” Qızı Putini tənqid edib

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Rusiya Prezidenti Vladimir Putinin qeyri-rəsmi qızı olduğu iddia edilən, sosial şəbəkələrdə Luiza Rozova təxəllüsü ilə tanınan Yelizaveta Rudnova (Krivonoqix) atasını dolayı yolla tənqid edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
21 yaşlı Yelizaveta bir neçə ildən sonra ilk dəfə sosial şəbəkədə açıq selfilərini paylaşaraq bu qeydi yazıb:
“Dünyaya üzümü yenidən göstərmək çox gözəldir. Hər gün mənə kim kimi doğulduğumu və həyatımı kimin məhv etdiyini xatırladır. Milyonlarla insanın həyatına son qoyan və mənimkini dağıdan adam…”
O, bu sözləri ilə konkret olaraq Vladimir Putinin adını çəkməsə də, sosial şəbəkə istifadəçiləri bunu Rusiya Prezidentinə ünvanlanmış ismarıc kimi qəbul ediblər.
Rozova həmçinin Paris qalereyalarında ukraynalı rəssamlarla əməkdaşlığı ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. Onun ünvanına “müharibənin ortasında rejimdən faydalanan ailənin üzvü ilə rejimin qurbanlarının bir yerdə olması yolverilməzdir” kimi ittihamlar səsləndirilib.
Yelizaveta bu tənqidlərə belə cavab verib:
“Məni eşitməyən ailəmin hərəkətlərində doğrudanmı mən günahkaram?”
O, daha əvvəl də Ukraynadakı müharibəyə mənfi münasibətini açıq şəkildə ifadə edib. Bildirib ki, “hər şeyi dəyişmək imkanım yoxdur” və bəzi insanların onu bu proseslərdə “iştirakçı” hesab etməsi ona təəccüblüdür.
Paylaşımlarında o, dünya müharibəsinə səbəb olan bir şəxsin sadəcə valideyn hisslərinə görə fikrindən dönəcəyini düşünmədiyini bildirib:
“Gəlin bir yerdə düşünək və bu suala cavab verək: Bütün dünyaya sözün əsl mənasında müharibə elan edəcək qədər dəli bir insan valideyn hisslərinə görə qərarlarından əl çəkərmi?”
Yelizaveta Rozova hələ müharibənin əvvəlində “Instagram”da “No war” (“Müharibəyə yox”) sözləri yazılmış qara kvadrat paylaşaraq Rusiyanın Ukraynaya qarşı işğalını açıq şəkildə pisləyib. Daha sonra Rusiyanı tərk etdiyini, bütün sosial əlaqələrini kəsdiyini bildirib. O, hazırda “sevimli Peterburqumu gəzə, sevimli yerlərimə və müəssisələrimə baş çəkə bilmədiyim qızıl qəfəsdə yaşayıram” deyə əlavə edib.
2024-cü ildə Rozova Parisdəki ICART İdarəetmə və İncəsənət Məktəbini bitirib və Fransada yaşamaq qərarı verib. Hal-hazırda Ukraynadan olan rəssamlar da daxil olmaqla müharibə əleyhinə sənətçilərin iştirak etdiyi “Albatros” və “L Galerie” studiyalarında çalışır.
Müharibədən əvvəl Rozova sosial şəbəkələrdə dəbdəbəli həyat tərzini nümayiş etdirib. O, bahalı dizayner geyimlərində fotolar paylaşır, şəxsi təyyarələrdə səyahət etdiyini qeyd edirdi. Bu paylaşımlara görə Rusiya müxalifəti onu sərt şəkildə tənqid etmişdi.
Rozovanın anası Svetlana Krivonoqix Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu olan Yuri Kovalçukun rəhbərlik etdiyi “Rossiya” bankında pay sahibidir. O, həmçinin “İqora” xizək kurortunun 75 faizi, Tavriçeski bağındakı “Leninqrad Mərkəzi” adlı şou məkanının 75 faizi, Sankt-Peterburq və Soçidə bir sıra daşınmaz əmlaklara sahibdir. Bundan başqa, Krivonoqixin Monakoda, Monte Karlo kazinosunun yaxınlığında Aralıq dənizinə mənzərəsi olan mənzili də var.
2010-cu ildə onun sərvəti 7,7 milyard rubl (həmin dövrün məzənnəsi ilə təxminən 100 milyon dollar) olaraq qiymətləndirilib. Krivonoqix Putinlə tanış olmamışdan əvvəl Sankt-Peterburqda kommunal mənzildə yaşayır və təmizlikçi kimi işləyirdi.
Qeyd edək ki, daha əvvəl rəsmi Kreml  Svetlana Krivonoqixlə Vladimir Putin arasında hər hansı əlaqənin olduğunu inkar edib.
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 05 Avqust 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri