Milyonların sevimli sənətkarı Brilliant Dadaşova bu dəfə qırılmış qəlblərin səsi oldu VİDEO
Icma.az, Shownews portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xalq artisti Brilliant Dadaşova yeni “Get Başqa Birini Tap” adlı layihəsini təqdim edib.
Sözləri nəğməkar şair Nəriman Abbaszadəyə, musiqisi bəstəkar-müğənni AISEL-ə aid olan mahnının aranjimanı Samir Soltanov, miks-masterinqi Ramin Ali, musiqi prodüseriyi isə İsmayıl Əsədova məxsusdur.
Ekran işinin rejissor kürsüsündə Royal Djafarov əyləşərək, sənətçini sonda nakam sevgisinə qalib gəlmiş obrazda təqdim edib. İfaçının ümumi görüntüsü və saç-makyajı Elnur Həsənovun peşəkar komandasına həvalə olunub.
Qeyd edək ki, ifaçı yaradıcılığının 40 illiyi münasibətilə 8 mart Bakı Konqress Mərkəzində verdiyi “Best of Brilliant” adlı canlı-solo konsertində mahnını ilk dəfə olaraq, bəstəkarın özü ilə birgə duet şəklində təqdim etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 18 Aprel 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















