Icma.az
close
up
RU
Milyonlarla Bitcoin olan kriptocüzdanlar risk altındadır

Milyonlarla Bitcoin olan kriptocüzdanlar risk altındadır

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Project Eleven" mərkəzi hamı üçün açıq olan kvant kompüterinin köməyi ilə elliptik əyri kriptoqrafiyasına əsaslanan 15 bitlik açarı uğurla sındıran tədqiqatçı Can Karlo Lelliyə 1 "Bitcoin" (hazırkı dəyəri ilə təxminən 77 700 ABŞ dolları) məbləğində "Q-Gün" mükafatını təqdim edib.

Əldə olunan nəticə analoji kiberhücumların ən böyük kütləvi nümayişi hesab olunur və əvvəlki rekordları xeyli qabaqlayaraq müdaxilə səviyyəsini 512 dəfəyədək artırır.

"Ölkə.az" xəbər verir ki, bu məlumat "Project Eleven" təşkilatının "X" sosial platformasındakı rəsmi hesabında yayımlanıb.

Tədqiqatçı elliptik əyrilərdə mövcud olan diskret loqarifm problemini həll edə bilən Şor alqoritminin modifikasiya olunmuş variantından istifadə edərək 32 767 mümkün variantı sınaqdan keçirib və açıq açar üzərindən gizli açarı əldə etməyə nail olub. Bu riyazi yanaşma yalnız "Bitcoin" və "Ethereum" kimi kriptovalyutaların deyil, eyni zamanda müxtəlif blokçeyn sistemlərinin də təhlükəsizlik əsasını təşkil edir.

"Project Eleven"in direktoru Aleks Pruden bildirib ki, bu cür kiberhücumları həyata keçirmək üçün lazım olan vasitələr sürətlə ucuzlaşır və avadanlıqlara çıxış asanlaşır. Onun sözlərinə görə, layihə heç bir xüsusi mikrosxem və ya dövlət laboratoriyası olmadan, yalnız bulud texnologiyaları əsasında müstəqil mütəxəssis tərəfindən reallaşdırılıb. Bu isə kvant hücumları riskinin tamamilə real olduğunu göstərir və post-kvant kriptoqrafiyası standartlarına keçidi qaçılmaz edir.

Qeyd edək ki, 2025-ci ilin sentyabrında tədqiqatçı Stiv Tippekonnik 6 bitlik şifrəni sındıraraq kvant sistemləri ilə hücumun ilkin açıq nümunəsini nümayiş etdirmişdi. Son nəticə isə bu sahədə ciddi irəliləyiş kimi qiymətləndirilir. Baxmayaraq ki, hazırda istifadə olunan 256 bitlik açarların sındırılması üçün hələ kifayət qədər məsafə var, vəziyyət artıq nəzəri deyil, bilavasitə mühəndislik problemi kimi qəbul olunur.

Hazırda açıq açarları məlum olan kriptocüzdanlarda təxminən 6,9 milyon "Bitcoin" saxlanılır. Bu isə həmin rəqəmsal aktivləri kvant hesablama hücumlarına qarşı olduqca həssas vəziyyətə salır.(Oxu.Az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Aprel 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see909

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see371

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see327

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see314

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see291

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see283

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see246

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see245

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see226

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see209

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see208

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see206

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see205

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see198

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see192

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see192

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see192

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see179

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri