Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

Milyonlarla pul hara gedir? Ekspertdən şok xəbərdarlıq

Milyonlarla pul hara gedir? Ekspertdən şok xəbərdarlıq

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

“Kənd təsərrüfatına ayrılan subsidiyaların effektivliyini yalnız dövlətin nə qədər vəsait xərcləməsi ilə ölçmək düzgün deyil. Əsas məsələ ayrılan pulun real fermerə çatması, istehsal xərclərini azaltması, məhsuldarlığı və gəlirliliyi artırmasıdır”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında  Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib. Onun sözlərinə görə, əgər fermer subsidiya aldığı halda məhsulunu bazarda sərfəli qiymətə sata bilmir və növbəti il yenidən dövlət dəstəyinə möhtac qalırsa, burada subsidiya siyasətinin nəticələrinə daha ciddi baxmağa ehtiyac var:

“EKTİS vasitəsilə subsidiyaların verilməsi əvvəlki dövrlə müqayisədə şəffaflığı artıran mühüm mexanizmdir. Elektron sistem torpaq sahəsinin, əkinin, fermerin və istehsal fəaliyyətinin daha dəqiq uçotunu aparmağa imkan verir. Bu, “kağız üzərində fermer” problemini tamamilə aradan qaldırmasa da, onun imkanlarını xeyli məhdudlaşdırır. Əsas risk subsidiya alan şəxsin faktiki istehsalçı olub-olmaması məsələsidir. Dördpendirli pizza

Torpaq sahibi ilə torpağı faktiki becərən şəxs eyni adam olmaya bilər. Ona görə subsidiya mexanizmi yalnız torpağın mövcudluğunu deyil, faktiki istehsal fəaliyyətini də nəzərə almalıdır. Peyk görüntüləri, sahə monitorinqi, məhsuldarlıq göstəriciləri və elektron satış məlumatlarının bir-biri ilə müqayisəsi burada daha effektiv nəzarət yarada bilər”.

Ekspert qeyd edib ki, subsidiya kartlarından istifadə zamanı gübrə, toxum, pestisid və digər vasitələrin qiymətinin süni şəkildə artırılması ehtimalı da ciddi nəzarət tələb edən məsələdir:

“Əgər fermerə dövlət tərəfindən müəyyən məbləğdə subsidiya verilir, lakin həmin subsidiyadan istifadə etdiyi məhsulun qiyməti bazar qiymətindən əhəmiyyətli dərəcədə yüksəkdirsə, dövlət dəstəyinin bir hissəsi faktiki olaraq fermerə deyil, təchizatçıya gedə bilər. Bunun qarşısını almaq üçün subsidiya kartı ilə satılan məhsulların qiymətləri açıq şəkildə müqayisə edilməli, eyni məhsulun müxtəlif satıcılardakı qiymətləri monitorinq olunmalıdır. Dövlət subsidiyanı verərkən bazardakı qiymət artımını da nəzərə almalıdır. Əks halda subsidiya məbləği artır, amma fermerin real qazancı dəyişmir.

Məhsuldarlıq məsələsində də yalnız ümumi istehsalın artmasına baxmaq kifayət deyil. Məsələn, əkin sahələri genişlənibsə və nəticədə ümumi məhsul istehsalı artıbsa, bu, avtomatik olaraq məhsuldarlığın yüksəldiyini göstərmir. Əsas göstərici hektardan əldə olunan məhsulun miqdarı, onun maya dəyəri və fermerin xalis gəliridir. Dövlət dəstəyi nəticəsində fermer daha az xərc çəkərək daha çox məhsul əldə edirsə, subsidiya öz məqsədinə çatır. Əks halda yalnız ümumi istehsal rəqəmlərinin böyüməsi subsidiyanın effektivliyini sübut etmir.

Burada məhsulun keyfiyyəti və bazar dəyəri də nəzərə alınmalıdır. Fermer çox məhsul istehsal edə bilər, amma həmin məhsulun satış qiyməti aşağıdırsa və maya dəyəri yüksəkdirsə, onun biznesi yenə də gəlirsiz qala bilər. Ona görə kənd təsərrüfatı siyasətində” nə qədər məhsul istehsal edildi?" sualı ilə yanaşı, “fermer bunun hesabına nə qədər qazandı?" sualı da əsas göstəricilərdən biri olmalıdır”.

A.Nəsirli deyir ki, subsidiya sisteminin digər tərəfi fermerin dövlət dəstəyindən asılı vəziyyətə düşməsi riskidir. Subsidiya düzgün qurulanda fermer üçün inkişaf kapitalına çevrilməlidir. Yəni fermer dövlətin verdiyi dəstək hesabına məhsuldarlığını artırmalı, texnologiyasını yeniləməli, suvarma sistemini yaxşılaşdırmalı, məhsulun maya dəyərini azaltmalı və bir neçə ildən sonra daha rəqabətqabiliyyətli biznes qurmalıdır. Əgər subsidiya hər il sadəcə cari xərclərin bir hissəsini bağlayırsa, fermerin biznes modelində fundamental dəyişiklik yaratmır:

“Buna görə subsidiya ilə yanaşı ucuz kredit, aqrar sığorta, texniki xidmət, müasir suvarma, logistika, saxlama və satış imkanları da gücləndirilməlidir. Fermerə yalnız istehsal etməsi üçün pul vermək kifayət deyil. O məhsulu harada saxlayacaq, necə emal edəcək, hansı bazara çıxaracaq və hansı qiymətə satacaq məsələləri də həll olunmalıdır”.

A.Nəsirlinin fikrincə ucuz kredit subsidiya üçün müəyyən hallarda daha faydalı alternativ ola bilər, amma onu subsidiyanın tam əvəzi hesab etmək düzgün olmaz:

“Xüsusilə kiçik fermer üçün kredit borc öhdəliyi yaradır və məhsulun məhv olması, qiymətlərin düşməsi və ya təbii fəlakət zamanı ciddi risk yarada bilər. Aqrar sığorta bu riski azaltmaq baxımından vacibdir. Fermer həm əlverişli kreditə çıxış əldə etsə, həm də istehsalını sığortalaya bilsə, dövlətin verdiyi dəstək daha dayanıqlı nəticə yarada bilər.

Əslində ən düzgün model subsidiya, kredit və sığortanın bir-birini tamamlamasıdır. Subsidiya fermerin istehsal xərclərinin müəyyən hissəsini azaltmalı, güzəştli kredit investisiyaya imkan verməli, aqrar sığorta isə fermeri təbii və digər istehsal risklərindən qorumalıdır. Bunun üzərinə müasir aqrotexnologiya, məsləhət xidməti və satış infrastrukturu əlavə edilməlidir”.

“Nəzarət məsələsində də yalnız sənədlərin yoxlanılması kifayət etmir. Dövlətin ayırdığı vəsaitin təyinatı üzrə istifadə olunub-olunmadığını qiymətləndirmək üçün nəticə əsaslı nəzarət sistemi qurulmalıdır. Məsələn, müəyyən subsidiya alan təsərrüfatda əvvəlki illə müqayisədə məhsuldarlıq, məhsulun maya dəyəri, su və gübrə istifadəsi, satış həcmi kimi göstəricilərin necə dəyişdiyi təhlil edilə bilər. Bu məlumatlar EKTİS, vergi, gömrük, aqrar sığorta və digər elektron sistemlərdən əldə olunan məlumatlarla qarşılaşdırıldıqda daha obyektiv mənzərə yaranar.

Ən böyük problem isə subsidiyanın özündə deyil, onun kənd təsərrüfatının bütün problemlərini həll edə biləcək əsas mexanizm kimi qəbul edilməsindədir. Fermerə pul verməklə məhsulun bazar problemini həll etmək mümkün deyil. Fermerin əsas problemi bəzən subsidiya deyil, yüksək maya dəyəri, su çatışmazlığı, bahalı yanacaq və gübrə, məhsulun saxlanması, logistika, kredit faizləri və məhsulun satış bazarına çıxışdır.

Ona görə dövlət dəstəyinin effektivliyini müəyyən etmək üçün sadəcə "nə qədər subsidiya verildi?" sualından imtina edib "bu subsidiya fermerin gəlirini nə qədər artırdı, məhsuldarlığı nə qədər yüksəltdi və məhsulun maya dəyərini nə qədər aşağı saldı?" suallarına keçmək lazımdır”.

“Əgər bu göstəricilər üzrə real və ölçülə bilən nəticələr ortaya qoyularsa, subsidiyanın səmərəliliyindən danışmaq mümkündür. Əks halda hər il subsidiyanın həcmini artırmaq kənd təsərrüfatının problemini həll etməyəcək. Əsas məqsəd dövlət dəstəyini fermer üçün daimi gəlir mənbəyinə deyil, müəyyən müddət ərzində rəqabətqabiliyyətli və müstəqil kənd təsərrüfatı biznesinin qurulmasına xidmət edən alətə çevirmək olmalıdır”.

Cəlalə Cəlalqızı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 Sentyabr 2026 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri