Icma.az
close
up
RU
Milyonluq yeyinti ilə həbs edilən qadın şirkəti ittiham edir: “54 milyon gizlədilib”

Milyonluq yeyinti ilə həbs edilən qadın şirkəti ittiham edir: “54 milyon gizlədilib”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Rifah Qrup” MMC-nin baş mühasibi Samirə Zeynalova 1 milyon manata yaxın mənimsəmədə ittiham olunur.

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, S.Zeynalova cəmi 1 il həmin şirkətdə işləyib.

İş materiallarında yazılıb ki, o, baş mühasib olduğu həmin müddətdə qohumlarının adına açdırdığı kart hesablarına pullar köçürüb. Bundan başqa, Zeynalova rəsmi sənədlərə yalan məlumat daxil etməklə ümumilikdə 803 min 429 manat ələ keçirib.

Bu əməlinə görə, Samirəyə xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma maddəsi ilə ittiham verilib. Cinayətlərin ağırlığı səbəbindən həbs edilib.

Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Prokuror Samirə Zeynalovanın verilmiş ittihamlarla təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilməsini tələb edir.

Xanım müttəhim isə ittihamları qəbul etməyib. Biri birinci qrup əlil olmaqla, 4 uşaq anası olan müttəhim iddia edir ki, şirkətdə baş verən qanunsuzluqları ifşa etdiyi üçün hədəf alınıb. Zeynalovanın sözlərinə görə, “Rifah Qrup” qeyri-rəsmi Əliyev Elnur Təvəkkül oğluna məxsusdur. Uçot bazasına əsasən Elnur Əliyevin maliyyə dövriyyəsi 287 milyon təşkil edib. Buna baxmayraq, 54 milyon manat sosial ödəmələrdən yayınıb: “2021-ci ildə aylıq 1500 manat maaş qarşılığında oraya işə düzəldim. Amma rəsmi olaraq karta 350 manat pul köçürülüb. Şirkətdə 1700 nəfər işçi də əmək müqaviləsi bağlanmadan işlədilib. Bununla da küllli miqdarda vergidən və sosial ödəmələrdən yayınılıb. Hətta şirkət işçiləri çirkli pulların yuyulmasında istifadə edib. Hamısı Elnur Əliyevin qoruduğu uçot bazasında var. Mən də elə həmin məlumatları proqramçının səhlənkarlığı nəticəsində əldə etmişəm. Amma təəssüf ki, şirkətdəki ciddi qanun pozuntularını öyrəndiyim və rəhbərə məlumat verməyim öz azadlığımın əlimdən alınması ilə nəticələndi”.

S.Zeynalova indi şirkətdə baş verənlərin dərindən araşdırılmasını və əsl təqsirkarın cinayət məsuliyyətinə cəlb edilməsi üçün lazımi tədbir görülməsini xahiş edir.

Növbəti iclasda müdafiə tərəfi yekun çıxış edəcək.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see191

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see145

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see126

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri