Min illik ağcaqanadsız cənnət sona çatdı İslandiyada ilk ağcaqanadlar göründü
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Artıq ağcaqanadlardan qaça biləcəyiniz tək bir yer qaldı - Antarktida. İslandiya tarixində ilk dəfə ağcaqanadların varlığı qeydə alınıb.
Sherg.az CNN-ə istinadən xəbər verir ki, Reykyavik yaxınlığında yaşayan Björn Hjaltason adlı bir sakin, 16 oktyabrda həyətində soyuğa davamlı "Culiseta annulata" növünə aid üç ağcaqanad tapıb. Bu kəşf İslandiyanın min illərdir davam edən “ağcaqanadsız ölkə” statusuna rəsmi olaraq son qoyub.
Kəşf İslandiya Təbiət Elmləri İnstitutundan entomoloq Matthías Alfreðsson tərəfindən təsdiqlənib.
Bəs bu ağcaqanadlar niyə indi ortaya çıxdı?
Cavab iqlim dəyişikliyidir. İslandiya, Şimal yarımkürəsinin qalan hissəsindən dörd dəfə daha sürətli isinməkdədir. Bu isə ölkədəki gölməçələri və bataqlıqları ağcaqanadların çoxalması üçün getdikcə daha əlverişli hala gətirir.
Tapılan Culiseta annulata növü, qış aylarını zirzəmi və ya tövlə kimi yerlərdə gizlənərək keçirməyi bacaran, soyuğa davamlı bir növdür. Alimlər bu ağcaqanadların adada daimi bir populyasiya yarada bilib-bilməyəcəyini müəyyənləşdirmək üçün qış boyunca müşahidələr aparacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 26 Oktyabr 2025 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















