Min nəfərin istifadə etdiyi körpü qəzalı vəziyyətdədir Qrumlar hara baxır VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Şəkinin 1 000 nəfər sakini olan Baş Şabalıd kəndini şəhərlə birləşdirən yeganə əlaqə vasitəsi olan körpü Quruçaya gələn güclü sellər nəticəsində 2020-ci ildə tamamilə dağılıb.
Avtosfer.az “BakuTV”yə istinadən xəbər verir ki, hazırda körpünün yerində müvəqqəti keçid inşa olunub. Sakinlərin sözlərinə görə, əgər çaya yaz aylarında yenidən sel gələrsə, həmin keçid dərhal dağılacaq.
"Çox pis şəraitdəyik, uşaqlarımızı məktəbə apara bilmirik. Sel gələndə həftələrlə balalarımız dərsə gedə bilmirlər", - sakinlərdən biri narazılığını bildirib.
Yaranan problemlə bağlı Baş Şabalıd kəndinin də daxil olduğu Baş Göynük Bələdiyyəsindən bildirilib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunub:
"Onlar söz veriblər ki, bu il ərzində həmin körpü yenilənəcək, yol da bərpa olunacaq. Bələdiyyə isə imkanları daxilində çayın yatağını təmizləyir, yolu düzəldir".
Qeyd edək ki, Baş Şabalıd kəndinin sakinləri Şəki şəhərinə və qonşu Baş Göynük kəndinə getmək üçün Quruçay üzərində olan bu keçiddən istifadə etmək məcburiyyətindədirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 15 Mart 2025 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















