Mina qurbanı olmuş qadın və uşaqlarla bağlı problemlər müzakirə edilib
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Minalar Əleyhinə Azərbaycan Kampaniyasının sədri Hafiz Səfixanov Meksikanın Azərbaycandakı səfirliyində səfir Victoria Romero ilə görüşüb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumat verən Hafiz Səfixanov deyib ki, görüşdə ölkəmizdəki minaların yaratdığı vəziyyət, mina qurbanları, xüsusilə də mina qurbanı olmuş qadın və uşaqlarla bağlı problemlər müzakirə edilb:
"Səfir bildirdi ki, onun ölkəsində mina problemi yoxdur, bu səbəbdən mina qurbanlarına rast gəlinmir. Amma buna baxmayaraq Meksika minaların və kasetli silahların qadağan olunmasını nəzərdə tutan BMT Konvensiyalarının işində aktiv iştirak edir, dünyanın bu problemlərdən tezliklə azad olunması üçün öz səylərini göstərir".
Hafiz Səfixanov səfirə ölkəmizdəki bu problemlə əlaqədar son vəziyyət, rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib:
"Görüşdə səfir bildirdi ki, imkanları çərçivəsində mina qurbanları xüsusilə də mina qurbanı olmuş qadın və uşaqlarla bağlı problemləri diqqətdə saxlayacaq".
Süleyman
Bu mövzuda digər xəbərlər:Mina qurbanı dəfn edilib
15 Aprel 2026 11:54
Mina qurbanı olmuş şəxslər məhkəmədə ifadə veriblər
14 Avqust 2025 21:36
Mina qurbanı olmuş, evləri dağılmış şəxslər məhkəmədə ifadə verdilər FOTO
01 Avqust 2025 20:31
Atası da mina qurbanı olubmuş...
31 May 2025 03:30
Hərbçilərimiz mina terrorunun qurbanı olub
12 May 2026 17:51
Baxış sayı:133
Bu xəbər 12 Fevral 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















