Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Mina terrorunun səbəbkarı olan dövlət mütləq cəzalandırılmalıdır

Mina terrorunun səbəbkarı olan dövlət mütləq cəzalandırılmalıdır

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;


Azərbaycan mina çirklənməsinə qarşı mübarizədə beynəlxalq birliyin real dəstəyini hiss etməlidir



Ermənistanın mina terroru davam edir. Aprelin 6-da Ağdam rayonunun Qalayçılar kəndi ərazisində mina hadisəsi baş verib. 1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Məmmədov Səbuhi Elman oğlu minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin Mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilib ki, 42 yaşlı Səbuhi Məmmədov iki azyaşlı övladı ilə birlikdə minalardan təmizlənməmiş əraziyə daxil olub və onlar piyada əleyhinə minaya düşüblər. Xəsarət alan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunublar. 1983-cü il təvəllüdlü şəxsə sağ aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir. 2012-ci il təvəllüdlü şəxsə (qadın cinsli) hər iki aşağı ətraf və döş qəfəsinin qəlpə yaraları, 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsə isə hər iki aşağı ətrafın və qarnın ön səthinin və sol yuxarı ətrafın qəlpə yaraları diaqnozları təyin edilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir. Qeyd edək k, APA-nın əldə etdiyi məlumata görə, mina partlayışında xəsarət alan 2012-ci il təvəllüdlü qız Məmmədova D. və 2014-cü il təvəllüdlü oğlan Məmmədov E.Səbuhi Məmmədovun övladlarıdır. İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində də mina partlayıb. Minatəmizləmə agentliyinin əməkdaşı, 34 yaşlı Heydər Xankişiyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində onun sağ ayağı topuqdan amputasiya olunub. Vəziyyəti qənaətbəxşdir. Onu da qeyd edək ki, Xankişiyev Heydər Əli oğlu şəhid övladıdır. Xezerxeber.az-ın əldə etdiyi məlumata görə, Heydər Xankişiyev İmişli rayonunun Sarıxanlı kənd sakinidir. O, Birinci Qarabağ müharibəsinin şəhidi Xankişiyev Əli Şahlar oğlunun övladıdır. Polis baş çavuşu olmuş Əli Xankişiyev 1991-ci ilin 14 noyabrında Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb. Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb: "Bu gün, növbəti mina partlayışı nəticəsində kiçik yaşlı uşaqlar da daxil olmaqla 4 Azərbaycan vətəndaşı ağır yaralanıb. 2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 392 nəfər ya həlak olub, ya da yaralanıb". Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb: “Beynəlxalq ictimaiyyəti minaəleyhinə fəaliyyətin təcililiyini tanımağa, Azərbaycanın davam edən minatəmizləmə səylərində onunla birgə olmağa, həmçinin günahsız insanların həyatını təhlükə altına almağa və münaqişədən sonrakı bərpa işlərinə maneə törətməyə davam edən Ermənistanı məqsədyönlü və geniş yayılmış mina çirklənməsinə görə məsuliyyətə cəlb etməyə çağırırıq”.

BMT-nin Azərbaycandakı nümayəndəliyi “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, aralarında azyaşlı uşaqlar da olmaqla 4 nəfərin ağır yaralanması ilə nəticələnən mina hadisələri ilə bağlı son xəbərlər onları kədərləndirib. Qeyd olunub ki, nümayəndəlik davamlı inkişaf üçün ilkin şərtlərdən biri kimi minalarla mübarizənin aktuallığını qəbul edir və bu sahədə Azərbaycana dəstəyini davam etdirməyə hazırdır. 

Ombudsman Aparatı məlumat yayıb ki, Ermənistanın davam edən mina terroru nəticəsində günahsız insanlar öz həyat və sağlamlıqlarını itirməkdədir. Qeyd olunub ki, mina faciəsi regionda mina təhlükəsinin hələ də davam etdiyini və günahsız insanların həyatının hər an təhdid altında olduğunu bir daha ortaya qoyur: "2020-ci ildən etibarən Ermənistan tərəfdən basdırılmış minalar, həmçinin partlamamış hərbi sursatların partlaması nəticəsində 392 nəfər həlak olub və ya yaralanıb. Bu, yalnız fiziki deyil, həm də insanların psixoloji və sosial baxımdan dərindən təsirləndiyi ciddi bir problemdir. İşğal dövründə ərazilərimizə basdırılmış minalar regionda qalıcı sülhün bərqərar olmasına ciddi təhdid yaradır. Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və yardımlar olduqca vacibdir. Eyni zamanda, Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınması və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qalmaqdadır. Minaların məqsədli şəkildə basdırılması insan hüquqlarının ciddi şəkildə pozulmasına, regionda sülhün və təhlükəsizliyin bərpa olunmasını çətinləşdirməyə səbəb olur. Ombudsman olaraq, beynəlxalq ictimaiyyəti minatəmizləmə fəaliyyətlərinin təxirəsalınmazlığını qəbul etməyə, Azərbaycanın davam edən minatəmizləmə səylərinə dəstək olmağa və həmçinin Ermənistanı məqsədli şəkildə və geniş miqyasda basdırılmış minalara görə məsuliyyətə cəlb etməyə çağırıram".


Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri, ANAMA yanında İctimai Şuranın sədri Umud Rəhimoğlu deyib ki, mütəmadi şəkildə bu cür insidentlər baş verir və bunun ən böyük səbəbi işğaldan azad edilmiş ərazilərin ciddi çirklənməsidir: 

"Ermənistan tərəfi minaları ora basdırarkən nə vaxtsa mina xəritələrinin Azərbaycana qaytarılacağını düşünməyiblər. Ona görə də məqsədli şəkildə həmin xəritələri vermirlər. Kapitulyasiya sənədi imzalanan ilk gündən İrəvan mina məsələsini bir bazarlıq predmetinə çevirib. Öz hədəflərinə nail olmaq üçün bu məsələdən sui-istifadə edirlər. Təxminən 11 min kv.km ərazimiz çirklənmiş ərazilərdir. Bu, çox böyük ərazidir. İkinci Qarabağ müharibəsindən sonra bir qrup vətəndaş cəmiyyəti qurumu olaraq mina xəritələrinin verilməsi ilə bağlı petisiya başlatdıq. 2021-ci ildə tədbirimiz oldu. Həm Ermənistana, həm də beynəlxalq təşkilatlara müraciətimiz oldu. İnsanlar öz evlərinə qayıtmaq istəyir. Bu, təbii haldır. 30 ildir gözləyirlər ki, öz yurd-yuvasına dönsün, amma dönə bilmir. Bunun da səbəbi mina problemi, ərazilərin yüksək səviyyədə çirklənməsidir. O zaman petisiyamıza təxminən 25 min insan səs verdi, beynəlxalq cameədə kifayət qədər dəstəkləndik. Maraqlı təşəbbüslərlə bizə qoşulanlar oldu. Əfsuslar olsun ki, nəticə olmadı. Ermənistan 2 dəfə xəritə təqdim etdi, ancaq heç bir işə yaramadı. Hesab edirəm ki, Ermənistana bu məsələdə ümid bağlamağımız mənasızdır". 



Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov da qeyd edib ki, son günlər Ağdamda və Cəbrayılda baş verən mina partlayışları Ermənistanın davam edən mina terrorunun göstəricisidir:

 "Bu xain terrorun ucbatından həm hərbçilərimiz, həm də günahsız dinc insanlarımız öz həyat və sağlamlıqlarını itirməkdədir. Son 5 ildə (44 günlük İkinci Qarabağ müharibəsindən bu günə qədər) Ermənistan tərəfindən basdırılmış minaların və partlamamış hərbi sursatların partlaması nəticəsində 393 nəfər vətəndaşımız həlak olub və yaralanıb. Ötən gün Ağdamda baş verən mina partlayışı nəticəsində yaralanan Azərbaycan vətəndaşları arasında hətta uşaqlar da var. Beləliklə, Ermənistanın mina terroru günahsız insanlarımızın həyatı üçün həm fiziki təhlükə yaradır, həm də psixoloji gərginliyə səbəb olur, onların gündəlik yaşamına neqativ təsir göstərir. İşğal dövründə və 2020-2023-cü illərdə Ermənistan tərəfindən Qarabağda və Şərqi Zəngəzurda basdırılmış minalar bir yandan şəhər və kəndlərimizin bərpa və yenidən qurulmasına mane olur, Böyük Qayıdış prosesini ləngidir, digər tərəfdən isə Cənubi Qafqazda dayanıqlı sülhə nail olunmasını əngəlləyir. Yəni ki, Ermənistan tərəfindən ərazilərimizin minalarla çirkləndirilməsi təkcə humanitar fəlakət yox, həmçinin geosiyasi böhran mənbəyidir. Bütün bunların məsuliyyəti Ermənistanın keçmiş və hazırkı rəhbərliyinin üzərinə düşür. Ona görə də BMT konvensiyalarının müddəalarını kobud surətdə pozan Ermənistanın sabiq prezidentləri və hazırkı hərbi-siyasi rəhbərliyi beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməlidir. Aidiyyəti beynəlxalq qurumlar, o cümlədən Beynəlxalq Məhkəmə bu məsələni gündəmə gətirməlidir". 


Ekspertə görə, ərazilərimizin minalardan təmizlənməsi üçün Ermənistan dövlətinin üzərinə beynəlxalq birlik tərəfindən müəyyən öhdəliklər qoyulmalıdır:

 "Həmçinin, Ermənistan dövləti mina terroru nəticəsində həlak olmuş vətəndaşlarımızın ailələrinə və yaralanmış şəxslərə kompensasiya ödəməyə məcbur edilməlidir. Bir sözlə, beynəlxalq ictimaiyyət həm özü Azərbaycanın minatəmizləmə səylərinə birbaşa dəstək verməli, həm də Ermənistanı bu prosesdə beynəlxalq hüquqa uyğun şəkildə davranmağa yönləndirməlidir. Ermənistanı heç bir halda cəzasız qoymaq olmaz. Mina terrorunun səbəbkarı olan dövlət mütləq cəzalandırılmalıdır. Azərbaycan mina çirklənməsinə qarşı mübarizədə beynəlxalq birliyin real dəstəyini hiss etməlidir". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Aprel 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri