Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“Minalar kütləvi qırğın silahına çevrilib” beynəlxalq birlik nəyi gözləyir?

“Minalar kütləvi qırğın silahına çevrilib” beynəlxalq birlik nəyi gözləyir?

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vətən müharibəsində qazandığımız parlaq Qələbədən sonra Azərbaycanın üzləşdiyi ən böyük humanitar fəlakət mina problemidir. 10 noyabr 2020-ci il tarixindən bu günədək minaların partlaması nəticəsində 436 Azərbaycan vətəndaşı zərər çəkib. Onlardan 73-ü həlak olub, 363-ü müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Mülki şəxslərin, quruculuq işlərində çalışan fəhlələrin və hərbçilərin həyatına son qoyan bu mənzərə təkcə keçmiş münaqişənin fəsadı deyil. Bu, Ermənistanın onilliklər boyu planlı şəkildə həyata keçirdiyi mina terrorunun doğrudan-doğruya davamıdır. Lakin məsələnin ən ağrılı və təəssüf doğuran tərəfi dünya birliyinin, xüsusən də BMT və digər beynəlxalq təşkilatların bu insanlıq dramına qarşı sərgilədiyi ikili standartlar və riyakar laqeydlikdir.

Azərbaycan dünyada ərazisi minalarla ən çox çirkləndirilmiş ilk 5-likdə yer alır. İşğaldan azad edilən torpaqlarda 1,5 milyondan çox mina və yüz minlərlə partlamamış hərbi sursat basdırılıb. Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa İttifaqı və ATƏT kimi qurumların bu dəhşətli mənzərəyə qarşı reaksiyası isə ildə bir-iki dəfə verilən "narahatlıq" bəyanatlarından və ya quru statistika təqdimatlarından o tərəfə keçmir. Mina xəritələri təzyiq predmeti olunmur. Ermənistanın ötən müddətdə təqdim etdiyi mina xəritələrinin dəqiqliyi vur-tut 25 faiz təşkil edir. İrəvan faktiki olaraq minaları kütləvi qırğın silahı kimi istifadə edərək dəqiq xəritələri gizlədir. Lakin nə BMT Təhlükəsizlik Şurası, nə də Qərb dövlətləri İrəvana qarşı bu mülki cinayətə görə heç bir sanksiya və ya sərt siyasi təzyiq mexanizmi tətbiq etmir. BMT və donor təşkilatlar dünyanın digər regionlarındakı minatəmizləmə prosesinə milyardlarla dollar resurs, ən son texnologiyalar ayırdığı halda, Azərbaycanın qarşılaşdığı bu nəhəng böhrana ayrılan yardım sadəcə simvolik xarakter daşıyır. Bu gün Azərbaycan öz ərazilərinin təmizlənməsi üçün lazım olan xərclərin 90 faizdən çoxunu məhz öz daxili büdcəsi hesabına qarşılayır. Bu, Ermənistanın və onun arxasında duran müəyyən geosiyasi güclərin Azərbaycanın Zəfərindən sonra reallaşdırdığı bərpa prosesinə vurduğu ağır zərbədir. 30 il yurd həsrəti çəkən yüz minlərlə insanın öz evlərinə təhlükəsiz dönməsi üçün əvvəlcə hər qarış torpaq minalardan təmizlənməlidir. Minalanmış sahələr kənd təsərrüfatı, yolların, elektrik və su xətlərinin çəkilməsi üçün daimi təhlükə yaradır. Torpağın altına yerləşdirilən minlərlə partlayıcı maddə ərazinin torpaq qatını, flora və faunasını yararsız hala salaraq regionda uzunmüddətli ekoloji gərginlik formalaşdırır. Beynəlxalq təşkilatların laqeydliyinə baxmayaraq, Azərbaycan bu problemlə mübarizədə qlobal səviyyədə standartlar müəyyən edir. Ölkəmiz Humanitar Minatəmizləmə fəaliyyətini rəsmi olaraq 18-ci Milli Davamlı İnkişaf Məqsədi (DİM-18) elan edib və BMT platformasında minatəmizləmənin qlobal səviyyədə xüsusi DİM kimi qəbul olunması təşəbbüsü ilə çıxış edir. Bundan əlavə, ANAMA (Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi) ən son texnologiyaları, mexaniki minatəmizləmə maşınlarını və xüsusi təlim keçmiş vasitələri cəlb etməklə azad edilmiş ərazilərdə gecə-gündüz fəaliyyət göstərir. Lakin görülən bu nəhəng iş, düşmənin illər boyu qurduğu "ölüm tələləri"nin miqyası qarşısında beynəlxalq həmrəyliyi zəruri edir. Qərb dairələrinin, "Amnesty International", "Human Rights Watch" kimi insan hüquqları təşkilatlarının xırda siyasi məsələlərdə Bakıya qarşı hesabatlar yağdırdığı bir vaxtda, 436 vətəndaşımızın minalardan zərər çəkməsinə kar və kor qalması tam bir mənəvi iflasdır.


Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a deyib ki, Baş Prokurorluğun açıqladığı son statistika – Vətən müharibəsindən sonra 436 vətəndaşımızın mina partlayışlarından zərər çəkməsi və 73 nəfərin həlak olması – məsələyə sırf hüquqi və ya humanitar bucaqdan deyil, birbaşa hərbi-strateji və operativ nöqteyi-nəzərdən baxmağı tələb edir: “İşğaldan azad edilmiş ərazilərdəki minalanma miqyası təsadüfi xarakter daşımır. Bu, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı səviyyəsində planlaşdırılmış, mühəndis-istehkam qaydalarına uyğun olaraq kütləvi şəkildə həyata keçirilmiş hərbi taktikadır. Ermənistan müharibə dövründə və ondan əvvəlki 30 illik işğal müddətində təmas xəttini və dərinlikdəki yaşayış məntəqələrini minalayarkən ordumuzun kontr-hücum operativ imkanlarını məhdudlaşdırılması və post-münaqişə dövründə Azərbaycan Ordusunun, mülki infrastrukturun ərazidə mövqelənməsini maksimum ləngitmək məqsədi güdüb. Ermənistan tərəfinin beynəlxalq təzyiqlərdən sonra təqdim etdiyi mina xəritələrinin yararlılıq əmsalının cəmi 25 faiz olması da hərbi cinayətin tərkib hissəsidir. Çünki peşəkar mühəndis-istehkam bölmələri tərəfindən basdırılan minaların dəqiq formulyarları - xəritələri tutulur. İrəvanın verdiyi yararsız sxemlər isə bilərəkdən prosesi uzatmaq və Azərbaycanın ANAMA vasitəsilə apardığı minatəmizləmə əməliyyatlarını baha başa gətirmək məqsədi daşıyır”.

Hərbi ekspert deyib ki, BMT, ATƏT və digər beynəlxalq təhlükəsizlik institutu hesab olunan qurumların bu məsələdəki mövqeyi tam bir hərbi-siyasi fəaliyyətsizlikdir:

“BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası mülki əhalinin kütləvi şəkildə tətbiq olunan minadan zərər çəkməsini "müharibənin acı nəticəsi" kimi qələmə verməyə çalışır. Halbuki bu, Mülki şəxslərin Müdafiəsinə dair Cenevrə Konvensiyasının birbaşa pozulmasıdır. Bu gün BMT-nin Minalardan Müdafiə Xidməti (UNMAS) və NATO standartlı minatəmizləmə koalisiyaları digər münaqişə ocaqlarına müasir dron-detektorlar, məsafədən idarə olunan mühəndis maşınları ayırdıqları halda, Azərbaycana yalnız monitorinq missiyaları göndərməklə kifayətlənirlər. BMT Təhlükəsizlik Şurası Ermənistandan dəqiq mühəndis formulyarlarının təhvil verilməsini tələb edən icbari qətnamə qəbul edə bilərdi. Lakin BMT-dəki müəyyən güc mərkəzləri bu kartı İrəvanın əlindən almaq istəmir. Azərbaycan dövləti hazırda dünyada analoqu az olan bir mühəndis-təmizləmə əməliyyatı həyata keçirir. Müdafiə Nazirliyinin İstehkam bölmələri, ANAMA və FHN-in birgə koordinasiyalı fəaliyyəti sayəsində minlərlə hektar ərazi təmizlənib. Lakin bu, təkcə bir ölkənin üzərinə düşəcək yük deyil. BMT və Qərb institutları anlamalıdır ki, Ermənistanın basdırdığı minalar sadəcə torpaq altına basdırılmış partlayıcı deyil, post-müharibə dövründə davam etdirilən hərbi təxribatdır. Beynəlxalq birlik İrəvana qarşı sərt sanksiyalar tətbiq etmədikcə və adekvat hərbi-mühəndis dəstəyi vermədikcə, baş verən hər bir mina partlayışının mənəvi və hüquqi məsuliyyəti BMT-nin də üzərində qalacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Avqust 2026 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see348

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see329

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see309

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see303

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see301

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see292

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see284

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see270

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see268

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see254

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see249

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see244

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see239

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see231

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see227

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see224

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see224

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see219

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see214

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri