Icma.az
close
up
RU
Minalardan nə vaxt tamamilə azad olacağıq? Gözlənilən tarix AÇIQLANDI

Minalardan nə vaxt tamamilə azad olacağıq? Gözlənilən tarix AÇIQLANDI

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən ölkələr arasında Azərbaycan ilk sıralardadır. Minalar hələ də işğaldan azad olunan torpaqlarımızın müəyyən ərazilərində insanların həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Hazırda minatəmizləmə əməliyyatları Böyük Qayıdış proqramının əsas tərkib hissələrindən biridir və bu fəaliyyət yalnız təhlükəsizlik baxımından deyil, həm də sosial-iqtisadi inkişaf və əhalinin doğma yurdlarına qayıdışı üçün ilkin şərtdir.

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı may ayında açıqladığı hesabata görə, müharibənin başa çatdığı beş il ərzində - 2020-ci ilin noyabr ayından 2025-ci il iyunun 1-dək humanitar minatəmizləmə fəaliyyətinə cəlb edilən qurumlar tərəfindən ümumilikdə 204 min 763 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib.

Ermənistanın mina terroru çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və minlərlə insanın əlilliyinə səbəb olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti və bərpa işlərinə, insanların dədə-baba torpaqlarına geri qayıdışına ciddi maneə yaradır.

Minaların təmizlənməsi üçün müəyyən edilən 25 il vaxtdan isə cəmi beş il keçib. Ekspertlərin fikrincə, minatəmizləmə prosesi bu templə davam edərsə, bundan sonra hələ 20 ilə də ehtiyac olacaq.

Əhalinin azad mühitdə yaşaması üçün...

ANAMA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səbinə V.Sərkərova bildirdi ki, minalar və partlamamış hərbi sursatların təhlükəsi xüsusi aktuallıq kəsb edən problemlərdən biridir: "İlkin qiymətləndirmələrə görə, Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyon mina basdırıb. Ərazilərdə icra edilən qeyri-texniki tədqiqat və texniki tədqiqat əməliyyatları nəticəsində təkcə keçmiş təmas xətti boyu ərazilərin deyil, eləcə də mülki təyinatlı ərazilərin də mina və müharibənin digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirkləndiyi müəyyən olunub". Agentlik rəsmisinin məlumatına görə, hazırda işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları Böyük Qayıdış proqramı çərçivəsində əhalinin köçü və bərpa-quruculuq işləri ilə əlaqəli şəkildə həyata keçirilir. Əhalinin mina və partlamamış hərbi sursatların təsirindən azad mühitdə yaşaması üçün şərait yaradılır. Agentlik rəsmisi ərazidəki əsas çətinliklər kimi Ermənistan tərəfindən təqdim olunan mina formulyarlarının qeyri-dəqiqliyini, ərazilərin nizamsız şəkildə minalanmasını, minalanmış ərazilərin metallarla çirkləndirilməsini qeyd edir.

Xəritələr və yerli əhalinin məlumatı

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri, ANAMA yanında İctimai Şuranın katibi Hafiz Səfixanovun sözlərinə görə, 44 günlük müharibədən sonra Araz çayından "Ohanyan səddi"nə kimi olan ərazilərin atəşkəs dövründə kütləvi şəkildə minalandığı müəyyən edilib: "Elə ərazilər var ki, 4-7 və 11 km dərinlikdə minalanıb. Azərbaycan hökumətinin israrlı tələblərindən sonra Ermənistan dörd mərhələdə minalanmış ərazilərin xəritələrini bizə verdi. Birinci mərhələdə verilən Ağdam rayonu üzrə xəritədə 97 min minanın olduğu bildirilirdi. Füzuli-Zəngilan regionu üzrə verilən xəritələrdə 92 min mina yerləşdirildiyi əksini tapır. Digər ərazilər üzrə konkret adlar və rəqəmlər göstərilməmişdi". H.Səfixanovun rəhbərlik etdiyi təşkilatın tədqiqatlarından məlum olub ki, ümumiyyətlə, Kəlbəcər, Goranboy və Xocavənd rayonlarına aid 71 km-lik ərazilərə aid xəritələr Azərbaycan tərəfinə təqdim olunmayıb: "Yoxlamalardan sonra məlum oldu ki, verilən xəritələr də işə yaramır. Elə formulyarlar var ki, A4 kağızdır - heç nə oxunmur. Bundan başqa, antiterror əməliyyatından sonra məlum oldu ki, 2020-ci ildən 2023-cü ilədək olan dövrdə ikinci "cəbhə xətti" yaradıblar. Həmin ərazidə də 500 minə qədər minanın olduğu bildirilir. Azərbaycan hökuməti bunları nəzərə alaraq arsenalında olan bütün qüvvələri minaların təmizlənməsinə yönəldib. ANAMA yenidən qurulub. Maşın mexanizmləri, minaaxtaran itlər və siçanlar gətirilib. Minatəmizləyənlərin sayı hər il artırılır. Bütün bu işlər üçün xərclərin 95 faizi dövlət büdcəsi hesabına maliyyələşdirilir".

H.Səfixanovun sözlərinə görə, Qarabağın içərilərinə aid minalarla bağlı heç bir məlumat yoxdur: "Təcrübəyə əsasən, döyüşlər bitdikdən sonra, minalarla bağlı iki mənbədən məlumat alınır: xəritələrdən və yerli əhalidən. Bu məlumatlar əsasında minalanmış ərazilərin konturları müəyyən olunur və təmizlənmə aparılır. Bizdə isə verilən xəritələr dəqiq deyil. Məlumat toplamaq üçün yerli əhali də yoxdur. Ona görə də biz qarış-qarış qabağa gedirik".

H.Səfixanov bildirir ki, prosesdə beynəlxalq dəstək olsa da, onun həcmi bizim problemin miqyasına adekvat deyil: "Minatəmizləmə çox vaxt və pul aparan işdir. Beynəlxalq birliklərdən cəmi beş faiz yardım ala bilirik". İB sədri qeyd edir ki, əhalinin işğaldan azad edilmiş ərazilərə qayıdışı ilə mina qayğıları daha da artır: "Hər ay mina qurbanlarının sayı artır. Bizim qurbanların sayı Cənubi Qafqazın digər ərazilərindəki mina qurbanlarının sayından ən azı iki dəfə çoxdur. İnsanlarımız şüurlu şəkildə təlimatlara əməl etməlidirlər". H.Səfixanovun sözlərinə görə, mina probleminin nə vaxt bitəcəyi ilə bağlı dəqiq proqnoz vermək çətindir: "Görülən işlər ona hesablanır ki, minatəmizləmə ilə bağlı vaxt qısalsın. Konkret vaxt demək isə çox çətindir. Qarabağın içərilərinə getdikcə hansı ərazilərdə nə olduğunu bilmirik".

Xatırladaq ki, 2020-ci ilin noyabrından 2025-ci il iyunun 1-dək olan müddətdə işğaldan azad edilmiş ərazilərdəki mina qurbanlarının sayı 398 nəfər təşkil edib. Onlardan 70 nəfəri həlak olub, 328 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 İyul 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri