Icma.az
close
up
RU
Minatəmizləmə işlərindən sonra bu ərazilər Azərbaycana veriləcək?

Minatəmizləmə işlərindən sonra bu ərazilər Azərbaycana veriləcək?

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Tavuş vilayətinin yuxarı hissəsində yerləşən mövqelərimiz hələ ki əvvəlki yerlərindədir, lakin ərazilərin minalardan təmizlənməsi işləri başa çatdıqdan sonra təhvilvermə prosesi başlayacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə Tavuş vilayətinin Açarqut icmasının sakini Karen Kazaryan “Pastinfo”ya bildirib.

O qeyd edib ki, sakinlər sərhədin təmizlənməsi işlərini ürək ağrısı ilə izləyirlər, lakin gözləntiləri aşağı səviyyədədir.
Onun sözlərinə görə, hazırda Yuxarı Əskipara ərazisində minatəmizləmə işləri davam edir.

Kazaryanın dediyinə görə, bu işlər artıq kifayət qədər geniş bir ərazidə, o cümlədən onun doğma Açarqut icmasında başa çatıb.

“Onlar Şamşadin bölgəsinə qədər çatdılar. Bu yolda Barxudarlı və Şorşulu adlanan ərazilər var. Ora qədər gəlib çıxıblar, bundan sonra təhvilvermə prosesi başlayacaq. Əlbəttə, mən burada deyilənləri danışıram, çünki delimitasiya detalları ilə tanış olan şəxslər ətraflı məlumat paylaşmırlar. Amma bir şey aydındır – Tavuşda artıq bilirlər ki, sovet dövründə azərbaycanlıların yaşadığı Yuxarı Əskipara adlı ərazi təhvil veriləcək. Bundan sonra Tavuş vilayətinin Əskipara icması və Lori vilayətinin yuxarı hissəsi sərhədyanı bölgəyə çevriləcək, Açarqut kəndi isə üç tərəfdən mühasirəyə düşəcək”, – deyə, o bildirib.

“Təhvil veriləcək ərazilər var – bunlara Açarqut meşələri ətrafındakı ərazilər də daxildir. Həmin ərazilərdəki otlaqlar da düşmənin müşahidə nöqtələrinin nəzarətində olacaq, necə ki bu, hazırda Sünik və Geqarkunik vilayətlərində baş verir”, – deyə, əlavə edib.

Kazaryan bildirib ki, Azərbaycan Ermənistan-Gürcüstan avtomobil yolunun təxminən 70 kilometrlik hissəsinə və Kirants bölgəsindəki 2-3 kilometrlik əraziyə nəzarət edəcək, bura artıq Azərbaycanın ərazisidir.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Aprel 2025 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri