Minaya düşən şəxsin oğlu: Səsə kənd sakinləri gəlib
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Goranboy rayonunda minaya düşərək xəsarət alan Qalib Abbasovun oğlu Qabil Abbasov atasının hansı şəraitdə minaya düşməsindən danışıb.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Q. Abbasov bildirib ki, hadisə atası itmiş mal-qaranın arxasınca gedən zaman baş verib.
"Heyvanımız itmişdi. Atam itən heyvanın arxasınca gedəndə minaya düşüb. Sol əyaq hissəsində mina partlayıb. Səsə yaxınlıqda olan kənd camaatı gəlib və atamı ərazidən çıxarıb xəstəxnaya çatdırıblar. Oradan da Gəncəyə Abbas Səhət Xəstəxanasına gətiriblər. Hər il yaz aylarında həmin ərazilərdə bənzər hadisələr olur. İnsan və ya mal-qara minaya düşür", - deyə Qabil Abbasov bildirib.
Məlumat üçün bildirək ki, Qalib Abbasov keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə - Goranboy rayonunun Yenikənd kəndində minaya düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 31 May 2025 20:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















