Icma.az
close
up
RU
Mind Odyssey regional intellektual turnirinə yekun vurulub FOTOLAR

Mind Odyssey regional intellektual turnirinə yekun vurulub FOTOLAR

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Mind Odyssey" regional intellektual turnir layihəsi çərçivəsində keçirilən intellektual yarışa  yekun vurulub.

"Cebheinfo.az" xəbər verir ki, 22-27 sentyabr 2025-ci il tarixlərində turnirin “A”, “B”, “C”, “D” və “E” qruplarının oyunları, həmçinin yarımfinal və final mərhələsi  keçirilib.

İlk olaraq, 22 sentyabr tarixində  bilik yarışının qrup mərhələsinə start verilib və ilk yarış günü gənclərin maraqlı mübarizəsi ilə yadda qalıb. Qazax Gənclər Evində təşkil olunan turnirin "A" qrupunda 4 komanda - Ağstafa şəhər Ə.Hüseynov adına 1 saylı tam orta məktəbin “Hədəf”, Qazax rayon Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin “Nobelium”, Ağstafa rayon Dağkəsəmən kənd 1 saylı tam orta məktəbin “Qarabağ” və Ağstafa rayon Poylu kənd S.Məmmədov adına tam orta məktəbin “Lider” komandaları mübarizə aparıb. Səsləndirilən 15 suala ən çox doğru cavab tapan “Lider” və  “Hədəf” komandaları yarımfinala vəsiqə qazanan ilk komandalar olublar.

23 sentyabrda isə turnirin “B” qrupunun oyunları təşkil olunub. Bu dəfə Qazax şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbin “Vurğun”, Ağstafa şəhər A.Abdullayev adına 2 saylı tam orta məktəbin “Zirvə”, Qazax rayon Kosalar kənd İ.Şıxlı adına tam orta məktəbin “Viktoriya”, Ağstafa rayon Dağkəsəmən kənd İ.Salıfov adına 2 saylı tam orta məktəbin “Xarı Bülbül” və Ağstafa rayon Vurğun qəsəbə H.Əzizov adına tam orta məktəbin “İkonlar” komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, “Zirvə” və “Vurğun” komandaları adlarını yarımfinala yazdırmağa nail olublar.

“C” qrupunun oyunları 24 sentyabr tarixində keçirilib. Qrupda Qazax şəhər İ.Qayıbov adına 3 saylı tam orta məktəbin “Kosmos”, Qazax rayon Daş Salahlı kənd A.Əmilov adına 1 saylı tam orta məktəbin “Qara İnci”, Qazax rayon Çaylı kənd V.Göşşüyev adına 1 saylı tam orta məktəbin “Terrible Space”, Qazax rayon Orta Salahlı kənd S.M.Hacıyev adına tam orta məktəbin “Zəka” və Ağstafa rayon Qıraq Kəsəmən kənd X.Mirzəyev adına tam orta məktəbin “Turan” komandaları mübarizə aparıb. Qaydaya əsasən, səsləndirilən 15 suala ən çox doğru cavab tapan “Kosmos” və  “Terrible Space” komandaları yarımfinala adlayıblar.

Turnir 25 sentyabr tarixində “D” qrupunun oyunları ilə davam edib. Bu dəfə Qazax şəhər F.Şamoyev adına 4 saylı tam orta məktəbin “Şuşa”, Qazax rayon Daş Salahlı kənd Ş.Cəbiyev adına 2 saylı tam orta məktəbin “Sabah”, Qazax rayon Çaylı kənd E.Cəfərov adına 2 saylı tam orta məktəbin “Nirvana”, Qazax rayon Yuxarı Salahlı kənd Z.Mahmudov adına tam orta məktəbin “Ayın kölgəsi” və Ağstafa rayon Həsənsu kənd A.Mustafayev adına tam orta məktəbin “Viktoriya” komandaları mübarizə aparıb. Ənənəyə uyğun olaraq, səsləndirilən 15 suala ən çox doğru cavab tapan “Nirvana” və  “Viktoriya” komandaları yarımfinala adlayıblar.

Nəhayət, 26 sentyabr tarixində sonuncu – “E” qrupunun oyunu təşkil olunub. Sonuncu turda Qazax şəhər M.Hüseyn adına texniki-humanitar təmayüllü məktəb-liseyin “Difai qılıncları”,  Ağstafa şəhəri texniki-humanitar təmayüllü liseyin “Ulduz” və Qazax rayon Ağköynək kənd Ş.Çobanov adına tam orta məktəbin “Phoenix” komandaları üz-üzə gəlib. Qazax şəhər N.Vəliyev adına 5 saylı tam orta məktəb və Qazax rayon Xanlıqlar kənd Ş.Şahvələdov adına tam orta məktəbin komandaları yarışda iştirak etməyiblər Beləliklə, yarımfinala vəsiqə qazanan son iki komandanın adlarına aydınlıq gətirilib: bunlar “Ulduz” və “Difai qılıncları” komandaları olub.

Qrup mərhələrində ən yaxşı nəticə göstərmiş on komanda 27 sentyabr tarixində yarımfinalda mübarizə aparıblar, Səsləndirilən 15 suala ən çox doğru cavab verən “Nirvana”, “Vurğun”, “Kosmos” və “Viktoriya” komandaları finalda oynamaq hüququ qazanıblar.

Eyni gündə təşkil olunan final görüşündə isə Ağstafa məktəbliləri hamıdan güclü olublar. Belə ki, Ağstafa rayon Həsənsu kənd A.Mustafayev adına tam orta məktəbin “Viktoriya” komandası bütün rəqiblərini qabaqlayaraq, turnirin kubokunu başı üzərinə qaldırıb. Qazax şəhər İ.Qayıbov adına 3 saylı tam orta məktəbin “Kosmos” və  Qazax rayon Çaylı kənd E.Cəfərov adına 2 saylı tam orta məktəbin “Nirvana” komandaları müvafiq olaraq II və III yerləri tutublar. Hər üç komandanın üzvləri müvafiq diplomlarla təltif olunub..

Qeyd edək ki, "Mind Odyssey" regional intellektual turnir layihəsi 1 sentyabr tarixində start götürüb və 31 oktyabr tarixində yekunlaşacaqdır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see282

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see185

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see165

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see153

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see144

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see141

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see139

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see138

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see137

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see137

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see136

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see136

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see134

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see132

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see131

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see129

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri