Mineral sazişi ilə bağlı ön razılaşma tezliklə imzalana bilər
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
Ukrayna ilə ABŞ arasında mineral ehtiyatları ilə bağlı razılaşma üzrə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub və yaxın vaxtlarda bu istiqamətdə memorandum imzalanacaq.
Globalinfo.az “Reuters“ə istinadla xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin birinci müavini Yuliya Sviridenko “X” hesabında məlumat yayıb.
“Texniki komandalarımız razılaşma üzərində çox dəqiq işləyib və sənəd layihəsində bir neçə hüquqi düzəliş edilib. İndi tərəflər razılaşdırılmış memorandumun yaxın vaxtlarda imzalanması üçün hazırlıq görür”, – o qeyd edib.
Ukraynanın iqtisadiyyat nazirinin müavini Taras Kaçka isə ölkənin milli televiziyasına bildirib ki, bu həftə son razılaşmanın imzalanması gözlənilmir, çünki ABŞ tərəfinin təqdim etdiyi təkliflər hələ tam işlənməyib. Buna baxmayaraq, ön razılaşmanı əks etdirən memorandumun çox tezliklə imzalanması mümkündür.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 16 Aprel 2025 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















