Icma.az
close
up
RU
Mingəçevir Dövlət Universiteti və Mərkəzi Aran Regional Təhsil İdarəsi birgə elmi konfrans keçiriblər

Mingəçevir Dövlət Universiteti və Mərkəzi Aran Regional Təhsil İdarəsi birgə elmi konfrans keçiriblər

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 3 fevral, AZƏRTAC

Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan xalqının birliyinin, həmrəyliyinin və gücünün ifadəsi: Konstitusiya və Suverenlik İli” mövzusunda elmi konfrans keçirilib.

MDU-dan AZƏRTAC-a bildirilib ki, konfrans Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, Dövlət Himni səsləndirilib.

Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov çıxışında Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunmasındakı tarixi roluna diqqət yetirərək bildirib ki, müstəqil Azərbaycan dövləti Ümummilli Liderin şah əsəri olduğu kimi, 1995-ci ildə qəbul edilən Konstitusiyamız da onun dərin zəkasının məhsuludur. Azərbaycanın suverenliyinin bərpası isə Ulu Öndərin siyasətinin uğurlu davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında təmin olunub.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Cavad Cavadov isə çıxışında dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətdən danışaraq bildirib ki, bugünkü Azərbaycan dövəti tariximizin ən qüdrətli dövlətidir. Konfransın əhəmiyyətini yüksək qiymətləndirən C.Cavadov hər iki qurum arasındakı əməkdaşlığın nümunəvi olduğunu qeyd edib.

Konfransda məruzələr təqdim olunub. MDU-nun Təhsil fakültəsinin dekanı Nizami Zeynalov “Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətimizin ilk Konstitusiyasının yaradıcısıdır”,

baş müəllimi Hüseyn Əsgərov “Müstəqil dövlətin hüquqi əsası: Azərbaycan Respublikasının Konstitusiyası”, kafedra müdiri Rövşən Babayev “Suverenliyə doğru inamla addımlayan müstəqil Azərbaycan", Mərkəzi Aran Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Leyla Bayramova isə “Konstitusiya: Suveren Azərbaycanın uğur təminatçısı” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirdə MDU və MARTİ arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə 2025-ci il üçün Fəaliyyət Planı imzalanıb.

Fəaliyyət Planı təhsil sahəsindəki qarşılıqlı əlaqələri möhkəmləndirmək, regionda təhsil keyfiyyətini artırmaq və gənclərin təhsilinə dəstək vermək məqsədi daşıyır. MDU və MARTİ arasında həyata keçiriləcək birgə layihələr elmi və tədris sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əsaslı zəmin yaradacaq.

Konfrans bədii hissə ilə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri