Mingəçevir in baş məşqçisi 4 oyunluq cəzalandırıldı Klub cərimələndi
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan I Liqasında çıxış edən "Mingəçevir" klubunun baş məşqçisi Ramiz Məmmədov 4 oyunluq cəzalanıb.
"Unikal" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Mütəxəssis XV turda "Şəfa"ya qarşı keçirdikləri matçın 45-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilib, klub 3000 manat cərimələnib.
Bundan başqa, sözügedən görüşdə "Şəfa"nın futbolçusu Vüqar Həsənov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 150 manat ziyana düşüb.
"Mingəçevir" komandası istifadə etdiyi paltardəyişmə otağına dəymiş zərəri də qarşılayacaq.
Turun "Şimal" – "Şahdağ Qusar" matçında ikincilərin futbolçusu Vüsal Əliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq diskvalifikasiya olunub, komandası 900 manat cərimələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 20 Fevral 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















