Mingəçevir in Hepatit B li legionerinin aqibəti necə oldu? SON DURUM
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
1-ci Liqa təmsilçisi "Mingəçevir"in qanalı hücumçusu Cona Attukuayenin Hepatit B virusunun daşıyıcısı olduğu halda, komandada saxlanıldığını və oyunlara çıxdığını diqqətinizə çatdırmışdıq. 25 yaşlı oyunçunun müsbət nəticələnən analizlərinin cavablarının Yevlax Regional Dövlət Miqrasiya İdarəsinə göndərilmədiyini, komandanın baş məşqçisi Ramiz Məmmədovun, Attukuayenin Maqa kimi tanınan menecerinin, eləcə də klubun idarəçilərinin vəziyyətdən xəbərdar olduqlarını açıqlamışdıq.
Fanat.Az-ın əldə etdiyi son məlumata görə, Cona "işıqçılar"ın son məşqində iştirak etməyib.
O, hazırda "Mingəçevir"in futbolçularının qaldığı bazada da deyil. Komanda yoldaşları Attukuayeni dünəndən bəri görməyiblər.
Xatırladaq ki, 16 xalı olan "Mingəçevir" turnir cədvəlinin 3-cü pilləsində mövqe tutub.
Fanat.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 04 Dekabr 2025 00:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















