Mingəçevir in iki, Səbail və Zaqatala nın bir futbolçusu diskvalifikasiya olundu
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
AFFA İntizam Komitəsi I Liqada çıxış edən "Mingəçevir"in hücumçusu Amil Yunanovu 4 oyunluq diskvalifikasiya edib. Sport24.az xəbər verir ki, bu barədə qərar qurumun bu gün keçirilən iclasında qəbul edilib.
Yunanov XXV turda "Şahdağ Qusar"a qarşı keçirilən matçın ardından azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, komandası 3000 manat cərimə edilib.
"Mingəçevir"in daha bir futbolçusu Elnur Mirzəyev qarşılaşmadan sonra rəqibə qarşı şifahi və ya qeyri-şifahi təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun oyunluq cəzalandırılıb, bölgə təmsilçisi 1200 manat cərimələnib.
Bundan başqa, "Şahdağ Qusar"ın heyətində 4, "Mingəçevir"də isə 6 futbolçu sarı vərəqə aldığı üçün hər iki komanda ayrılıqda 210 manat cərimə ödəməli olacaq.
Eyni turda "Zaqatala"dan İlkin Qırtımov və "Səbail"dən Ruslan Voronsov qeyri-etik ifadə və hərəkətlərə görə birbaşa qırmızı vərəqə alıblar. Nəticədə hər iki oyunçu 3 oyunluq diskvalifikasiya olunub, klubları isə ümumilikdə 2400 manat cərimələnib.
Baxış sayı:164
Bu xəbər 08 May 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















