Mingəçevir in kapitanı: Baş məşqçimiz futbolçuların inamını geri qaytardı və...
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bizim üçün mövsüm çox ağır keçdi. Üzərimizdə ağır yük var idi". Bu sözləri Sport24.az-a açıqlamasında "Mingəçevir"in futbolçusu Vüqar Həsənov deyib.
Birinci Liqada mübarizə aparan komandanın kapitanı mövsümü dəyərləndirib:
"Bildiyiniz kimi, mövsümün ortasında "Mingəçevir" sonuncu pillədə qərarlaşmışdı. Buna baxmayaraq, əzmlə çalışıb xallar toplayaraq mövsümü orta pillədə başa vurduq. Füzuli Məmmədovun gəlişindən sonra komanda dirçəldi. Onun təcrübəsi, futbol biliyi və strategiyası sayəsində komandamızın nəticələri yaxşılaşdı. Baş məşqçimiz futbolçuların inamını geri qaytardı və ab-havanı yaxşı mənada dəyişə bildi. Növbəti mövsüm Birinci Liqada çempionluq üçün mübarizə apara biləcək gücdəyik. Premyer Liqaya vəsiqə qazanmaq istəyirik".
Qeyd edək ki, "Mingəçevir" Birinci Liqada mövsümü 35 xalla 4-cü pillədə başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 24 May 2025 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















