Mingəçevir lə oyuna yalnız və yalnız qələbə üçün çıxacağıq Rüstəm Məmmədov
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
1-ci Liqanın 6-cı turunda "Zaqatala" "Mingəçevir"i qəbul edəcək. Ötən tur iddialı "Səbail"ə 84-cü dəqiqədə qol buraxaraq uduzan "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb qarşıdakı matçdan nə gözlədiyini, hansı nəticə uğrunda mübarizə aparacaqlarını soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Mingəçevir" yaxşı futbolçulardan qurulmuş, fiziki baxımdan güclü komandadır. Daim dominant futbol oynamağa, davamlı hücumlar qurmağa çalışırlar. Onların "Səbail"ə qarşı keçirdikləri matçı çıxsaq, bu mövsüm bütün digər oyunlarda dominant futbol sərgiləyiblər. Buna baxmayaraq, bizim də məhz "Səbail"lə son oyunumuzu nəzərə alsaq, getdikcə inkişaf edirik. Həmin görüşdəkindən bir qədər də yaxşı mübarizə aparsaq, 3 xal üçün oynayacağıq. Futboldur, hər şey ola bilər, amma "Mingəçevir"lə oyuna yalnız və yalnız qələbə üçün çıxacağıq".
Qeyd edək ki, "Zaqatala" - "Mingəçevir" oyunu oktyabrın 23-də keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 21 Oktyabr 2025 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















